18:30 Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın son siyahısı açıqlanıb - FOTO  |     18:07 Rusiya nəşri Qarabağdakı separatçıların özünü buraxmasından yazdı - FOTO  |     17:51 Mikayıl Cabbarov Gürcüstanın baş naziri ilə görüşüb - FOTO  |     17:45 Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb - YENİLƏNİB (FOTO/VİDEO)  |     17:42 Hacıqabulda ağır qəza: Xəsarət alanlar var  |     17:34 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq  |     15:49 Oktyabrda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir - AYLIQ PROQNOZ  |     15:36 Bakıda poliklinikada rentgen-müayinə fəaliyyətində qüsurlar aşkarlanıb  |     15:25 Piyadanın ölümündə ittiham edilən sürücüyə bəraət verildi  |     14:58 “Laçın” sərhəd-buraxılış məntəqəsindən son görüntülər - VİDEO  |     14:50 Məktəbli qızı avtomobilinə mindirmək istəyən şəxs həbs edildi  |     14:44 Qarabağda memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib - VİDEO  |     14:42 Rusiyanın valyuta və törəmə alətlər bazarını liberallaşdırması Azərbaycana nə vəd edir?  |     14:41 Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib  |     14:38 İlham Əliyev və Mehriban Əliyeva Qənirə Paşayevanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar  |     14:37 Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar  |     14:36 Yaşar Güler Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib - FOTO  |     14:31 Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib  |     14:30 Sentyabrın son gününün hava proqnozu açıqlanıb  |     14:26 28 il əvvəl əsgəri öldürən şəxs müəyyən olunub  |    
Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırıldı
“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, AQTA-nın vəzifələri artırılıb.

Belə ki, bundan sonra ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatların real vaxt rejimində aidiyyəti dövlət orqanının informasiya sisteminə ötürülməsini AQTA təmin edəcək.

Eləcə də Agentlik heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsini aparacaq.

Bununla yanaşı qurum heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatını həyata keçirəcək.

Həmçinin dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsinə, tikintisinə, bərpasına və istismara verilməsinə rəy vermək vəzifəsi də AQTA-ya həvalə edilib.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            960 07.06.23 14:53