17:34 Moskva hava limanlarında 27 reys təxirə salınıb və ya ləğv edilib  |     16:41 Milli Elektron Hökumət Portalı kiberhücumlara məruz qalıb?  |     15:31 AZAL Türkiyədə təhsil alan tələbələrə güzəşt edəcək  |     15:18 Azərbaycanda 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi açıqlanıb  |     15:11 Söyüdlü kənd sakinlərinin tibbi müayinələrinin nəticələri açıqlanıb  |     14:43 Dövlətə xəyanətdə ittiham olunan Şeyx Sərdara hökm oxundu  |     14:35 İraqda toy mərasimi zamanı daha bir qorxunc hadisə: Yüzlərlə insan xəstəxanalıq oldu  |     13:45 Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verib  |     13:36 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:31 Rəsmi Bakı Ermənistan XİN-ə cavab verib  |     13:26 Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM  |     13:18 Fransalı senatordan Azərbaycana növbəti dəstək nümayişi - FOTO  |     13:16 Azərbaycanda bu il iki nəfər quduzluqdan dünyasını dəyişib  |     13:16 Rusiya İsveçə nota verib  |     13:15 Azərbaycanda ər arvadını qətlə yetirib, özü isə intihara cəhd edib  |     13:14 MN Xocalı rayonu ərazisindən müsadirə edilən silah və sursatın videogörüntülərini yayıb - VİDEO  |     13:11 Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb  |     13:08 Kür çayı sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb  |     12:57 Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır  |     12:55 Bakıdakı bağçalarda boş qalan yerlər açıqlanıb  |    
"Heç bir rəhbər istəməz ki, işçisi az maaş alsın, məcburdular" - Deputat
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir sıra dövlət qurumlarında çalışan şəxslərin maaşları, o cümlədən 2023-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda minimum əmək haqqının məbləği 300 manatdan 345 manata qaldırıldı. Lakin dövlət müəssisələrindən fərqli olaraq, özəl sektorda maaş artımı məsələsi hələ də problem olaraq qalmaqdadır.

Metbuat.az bu problemi yaradan səbəblər barədə millət vəkili Fazil Mustafa ilə söhbətləşib. Deputat hesab edir ki, bu məsələdə özəl sektorun özünü də qınamaq mümkün deyil:
“Hazırda özəl müəssisələr çox ciddi problemlər yaşayırlar. Özəl sektoru çətinliyə salan məsələlər arasında məcburi icbari sığorta, sosial sığorta miqdar səviyyəsinin kifayət qədər yüksək olması, vergilər və müəyyən dərəcədə qeyri-qanuni sıxışdırmalar sahibkarların əziyyət çəkməsinə səbəb olur. Məhz bu səbəbdən də özəl sektorda daha az adam, daha az maaş və daha çox vaxt sərf etməyə üstünlük verirlər.

Heç bir rəhbər istəməz ki, işçi az maaş alsın, pis işləsin, məcburdur buna. Amma bir həddə qədər. Gəlir olmayandan sonra bunu davam etdirmək də mümkün olmur. Bizim bu sahədə reallığımız budur. Problemlər böyükdür və bunu özəl sektorun hansısa bir şəkildə uğursuzluğu və ya istəksizliyi ilə izah etmək doğru deyil”.

Fazil Mustafa həmçinin qeyd etdi ki, gəliri çox olan şirkətlər daha çox iş yerlərinin açılmasına və işçi cəlbinə maraqlı olurlar.

“Normal gəliri, mənfəətləri olan şirkətlər əmək haqqının artırılmasına, daha çox işçi cəlb olunmasına çalışacaqlar. Bildiyiniz kimi, hazırda özəl sektorun inkişafı üçün ucuz kreditlər də bir o qədər də əlçatan deyil. Bu da ciddi, narahatedici məsələlərdən biridir. Məhz bu səbəbdən də özəl sahədə fəaliyyət göstərən şirkətlər acınacaqlı vəziyyətdə çalışmaq məcburiyyətindədirlər”.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            591 07.06.23 13:25