23:20 Mədə qripi nədir?  |     23:12 “Twitter”dən daha bir yenilik  |     23:05 Paltaryuyan maşın mətbəxdə olmamalıdır – SƏBƏB  |     22:57 Təhsil krediti alan tələbələrin sayı açıqlandı  |     22:41 Bakıda yataqxanada yanğın olub  |     22:34 Bakı-Horadiz yolunda mikroavtobus yük avtomobili ilə toqquşdu - VİDEO  |     22:26 Azərbaycan səfiri etimadnaməsinin surətini Ukrayna XİN-ə təqdim edib  |     22:17 “Günay Bank” ASC kompensasiyaların ödənilməsinə iyunun 19-da başlayacaq  |     22:06 Azərbaycan hərbçiləri Konyada hərbi təlimdə  |     21:58 Taksilərlə bağlı yenilik - Qiymət artacaq? (VİDEO)  |     21:55 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI  |     21:51 Azərbaycanda daha üç nəfər COVID-19-a yoluxub  |     21:43 MN: “Azərbaycan Ordusu bölmələrinin Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır”  |     21:34 Avtobusda qadınlar arasında dava, yeniyetmə qonşusunun burnunu sındırdı - MƏHKƏMƏ  |     21:26 "Play Store"da kart məlumatlarını oğurlayan proqramlar (SİYAHI)  |     21:22 Həkim: Bu parazitlər xərçəngə səbəb ola bilər  |     21:14 Qohumunun toyunda gəzdirdiyi elektron qolbağı qırıb atdı - Yeyib-içdi, oynadı, sonra isə... - FOTO  |     21:09 “Bulvar”da tum qabığlarını yerə atan şəxs həbs edildi  |     21:01 "Real Madrid" yetirməsini geri qaytarıb  |     20:53 Yuxarı Şirvan kanalında bir nəfər batıb  |    
Ceyhun Bayramov Arxiyepiskop Marek Solçinski ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın iqamətgahı Türkiyə Ankara şəhəri olmaqla Azərbaycandakı Apostol nunsisi Arxiyepiskop Marek Solçinski ilə görüşüb.

Bu barədə "Report"a Azərabaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan-Vatikan münasibətləri, habelə Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti müzakirə olunub.

Azərbaycan ilə Vatikan arasında bir sıra istiqamətlərdə əməkdaşlıq layihələrinin, qarşılıqlı səfərlərin və dialoqun vacibliyi vurğulanıb.

Görüşdə post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq layihələri, bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan addımlar diqqətə çatdırılıb.

Arxiyepiskop Marek Solçinski Azərbaycanın müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəyliyin bərqərar olması naminə səylərini yüksək qiymətləndirilib.

Görüşdə, tərəflər arasında həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 26.05.23 23:36