17:18 Rubl və lirə ucuzlaşdı - Manatı nə gözləyir?  |     17:16 Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT: İki qardaşının ömrünə narkotik son qoyub  |     17:13 Mayda 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:54 Orxan Fikrətoğlu yüksək vəzifəyə təyin edildi  |     16:51 Əhaliyə xəbərdarlıq - Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək  |     16:42 Naxçıvanda reseptsiz antibiotik satışına qadağa qoyulur  |     16:34 Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA  |     16:31 Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu  |     15:50 Azərbaycanda kənd məktəbində biabırçı hadisə: İntizamsız şagirdlərin şəkilləri paylaşıldı - FOTO  |     15:46 Жители Карабаха армянского происхождения беспрепятственно проходят через пограничный КПП - ВИДЕО  |     15:43 Milli Məclis Azərbaycan-Bosniya sazişini ratifikasiya etdi  |     15:24 Övladlarımızın danışığında qüsur olmaması üçün nə etməliyik?  |     13:54 Путин проведет встречу с Пашиняном в Сочи  |     13:43 Суд не удовлетворил жалобу заказчика похищения человека  |     13:17 Российские миротворцы сопровождают армянские военные грузы в Карабахе - ВИДЕО  |     12:58 В Гаджигабульском районе задержаны наркоторговцы  |     12:41 Yunanıstan Azərbaycandan neft idxalını bərpa edib  |     12:28 ИВ Баку обратилась к жителям столицы  |     12:25 В Шамкире за незаконный вылов раков задержан мужчина  |     12:24 Азербайджан закупает у Италии самолеты - ФОТО  |    
Braziliya Prezidenti Putinin dəvəti ilə Rusiyaya getməkdən imtina edib
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya gəlməkdən imtina etdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə qərarını dövlət başçısı tviterdə açıqlayıb.

“Mən indicə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdım. Ona Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Foruma getməyə dəvətinə görə təşəkkür etdim və cavab verdim ki, hələlik Rusiyaya gedə bilmirəm, lakin Braziliyanın Hindistan, İndoneziya və Çinlə yanaşı sülh axtarışında münaqişənin hər iki tərəfi ilə danışıqlar aparmağa hazır olduğunu təsdiqlədim”, - Cənubi Amerika ölkəsinin lideri sosial şəbəkədə qeyd edib.

Xatırladaq ki, daha öncə Silva Rusiyanın Ukraynadakı müharibəsinin həllində Çin və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə vasitəçiliyi müzakirə etdiyini, həmçinin müharibəni bitirmək üçün “siyasi G20”nin yaradılmasından yana olduğunu vurğulayıb.

Qeyd edək ki, Silva Rusiya Prezidenti Vladimir Putinlə dəfələrlə hədsiz dostluq münasibətində olduğunu bildirib. O bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Braziliyaya səfəri fonunda deyib. Ağ Ev Prezidentin açıqlamasından sonra Braziliyanı kəskin tənqid edib.

Bundan başqa, aprelin əvvəlində Silva Ukraynaya müharibəni dayandırmaq üçün Krımdan imtina etməyi təklif edib. Rəsmi Kiyev cavab olaraq bildirib ki, Ukrayna öz əraziləri ilə alver etmirскачать dle 11.3






Снимайте интересные события и отправляйте нам!




            438 26.05.23 23:29