19:03 Эрдоган сохранил Фахреддина Алтуна на своем посту  |     18:59 Xersonda suyun səviyyəsi düşür  |     18:56 Urmiyada 3 nəfər edam edilib  |     18:52 В Польше ограбили американский поезд со снарядами для Украины  |     18:40 Rəşad Dağlı məhkəmədə ifadə verib  |     18:29 Ramiz Mehdiyevin xanımının şirkəti yenidən məhkəmə qarşısında  |     18:18 Azərbaycanda bu şəxslərin maaşları 15% artırıldı  |     18:17 Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb  |     18:14 Огонь, вода и тяжелые металлы - ВИДЕО  |     17:55 Ağcabədi xəstəxanasının şöbə müdirlərinə xəstə ölümünə görə cinayət işi açılıb  |     17:45 МККК беспрепятственно перевез 15 армянских жителей Карабаха с проблемами со здоровьем в Армению  |     17:18 Rubl və lirə ucuzlaşdı - Manatı nə gözləyir?  |     17:16 Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT: İki qardaşının ömrünə narkotik son qoyub  |     17:13 Mayda 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:54 Orxan Fikrətoğlu yüksək vəzifəyə təyin edildi  |     16:51 Əhaliyə xəbərdarlıq - Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək  |     16:42 Naxçıvanda reseptsiz antibiotik satışına qadağa qoyulur  |     16:34 Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA  |     16:31 Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu  |     15:50 Azərbaycanda kənd məktəbində biabırçı hadisə: İntizamsız şagirdlərin şəkilləri paylaşıldı - FOTO  |    
Qərbi Azərbaycan Xronikası: “Ailəsi üç dəfə deportasiya olunub, özü isə qatarda dünyaya göz açıb” - VİDEO
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Bugünkü buraxılış valideynləri Qərbi Azərbaycandan deportasiya olunan zaman Bakı-Zəngilan qatarında dünyaya göz açan Namiq Muradovun həyat hekayəsinə həsr olunub.

Onun ailəsi əslən Zəngəzur mahalının Qafan rayonundandır və 1988-ci ildə ermənilər tərəfindən məcburən deportasiyaya məruz qalıb.

N.Muradov başına gələn hadisələri valideynlərinin söylədikləri əsasında xatırlayaraq deyir ki, Xətai rayonundakı 2 nömrəli xəstəxanaya gələrkən həkimlərin sağ qalacağıma ümidi olmayıb:

“Mən 1988-ci ildə, dekabr ayında soyuq bir qış günündə qatarda anadan olmuşam. Nənələrimin, babalarımın, valideynlərimin dilində Qafan həsrəti, Qafan niskili, bunu hər anımda, hər saniyəmdə duymuşam. Məni 16 gün sonra həkimlər anamın qucağına verərkən bəlkə də öldü, son nəfəsidir deyiblər. Amma Tanrıya şükürlər olsun ki, mən yaşamışam. Nənəmin qucağında yaşamışam və dünyaya yeni bir nəfəs açmışam”.

Onun sözlərinə görə, ailəsi 3 dəfə - 1905, 1918 və 1988-ci illər genosid-deportasiyası yaşayıb:

“İstər ata, istərsə də ana tərəfim 3 dəfə soyqırımılara məruz qalıb. Ailəmizin 60 faizdən çoxu erməni mənfurlarının əlində can verib. Nəyə görə?! Çünki onlar türk idi, onlar Qərbi Azərbaycanın haqlı sahibləri idi. Bu gün mənim fikrim, amalım odur ki, nə zamansa babamın, atamın, anamın eli-obası olan Qərbi Azərbaycanı görüm, Zəngəzuru görüm.

Kalmıkiya Dövlət Universitetinin tarix fakültəsini bitirən N.Muradov bu universitetin yaradılmasının 50 illiyinə həsr edilmiş “Şərəf” medalı qazanmağa nail olan yeganə azərbaycanlı kimi, 2022-ci ilin oktyabr ayında medal təqdimatında erməni millətindən olan tələbələrə Qərbi Azərbaycanın məxsusi sakini olduğunu xatırladıb və ermənilər zalı tərk edib.

O, hər zaman övladlarına soy kökləri barədə daim məlumatlandırdığını söyləyib və deyib ki, müzəffər Ali Baş Komandanıçızın rəhbərliyi altında biz yenidən öz torpaqlarımıza, doğma Qafana, atamın-anamın bğyüdüyü o doğma Qafan şəhərinə qayıdacağıq: “Qafanın kəndlərini görmək, Qasfanın büllür bulaqlarından dadmaq mənim övladlarımın haqqıdır. Mən əminəm ki, qısa bir müddətdə ora qayıdacağıq. Ora mənim ata-ana yurdumdur, baba yurdumdur, mən ora niyə qayıtmayım?! Bu, mənim haqqımdır”.

Daha ətraflı Baku TV-nin süjetində:скачать dle 11.3






Снимайте интересные события и отправляйте нам!




            285 26.05.23 22:02