18:40 Rəşad Dağlı məhkəmədə ifadə verib  |     18:29 Ramiz Mehdiyevin xanımının şirkəti yenidən məhkəmə qarşısında  |     18:18 Azərbaycanda bu şəxslərin maaşları 15% artırıldı  |     18:17 Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb  |     18:14 Огонь, вода и тяжелые металлы - ВИДЕО  |     17:55 Ağcabədi xəstəxanasının şöbə müdirlərinə xəstə ölümünə görə cinayət işi açılıb  |     17:45 МККК беспрепятственно перевез 15 армянских жителей Карабаха с проблемами со здоровьем в Армению  |     17:18 Rubl və lirə ucuzlaşdı - Manatı nə gözləyir?  |     17:16 Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT: İki qardaşının ömrünə narkotik son qoyub  |     17:13 Mayda 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:54 Orxan Fikrətoğlu yüksək vəzifəyə təyin edildi  |     16:51 Əhaliyə xəbərdarlıq - Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək  |     16:42 Naxçıvanda reseptsiz antibiotik satışına qadağa qoyulur  |     16:34 Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA  |     16:31 Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu  |     15:50 Azərbaycanda kənd məktəbində biabırçı hadisə: İntizamsız şagirdlərin şəkilləri paylaşıldı - FOTO  |     15:46 Жители Карабаха армянского происхождения беспрепятственно проходят через пограничный КПП - ВИДЕО  |     15:43 Milli Məclis Azərbaycan-Bosniya sazişini ratifikasiya etdi  |     15:24 Övladlarımızın danışığında qüsur olmaması üçün nə etməliyik?  |     13:54 Путин проведет встречу с Пашиняном в Сочи  |    
Bağça müdiri həbs edildi - 700 minlik cinayət
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən iş adamı, Xırdalandakı “İncilər” bağçasının və tədris mərkəzinin rəhbəri Təravət Bilalovaya hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-Külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bildirilib ki, T.Bilalova qohumu olan bir neçə nəfərdən, rəhbərlik etdiyi bağçada çalışan işçilərdən və digər şəxslərdən qızıl biznesi ilə məşğul olmaq adı ilə külli miqdarda pul alıb.

Belə ki, 1987-ci il təvəllüdlü T.Bilalova 2020-ci ildə pandemiya ilə əlaqədar rəhbərlik etdiyi bağçanın fəaliyyətinin müvəqqəti dayandırılmasından sonra ətrafındakı şəxsləri hər ay 10 faiz gəlir gətirəcək qızıl biznesinə pul qoymalarına həvəsləndirib və yüksək qazanc vəd edərək ümumilikdə 9 nəfərdən 700 min manata yaxın (4250, 47.600, 198.000, 60.000, 54.000, 91.000, 40.580, 162.000, 39.970 manat olmaqla) pul alıb. Lakin sonradan həmin şəxslər dələduzluqla qarşılaşdıqlarını görərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Təravət Bilalova özünü ittiham üzrə qismən təqsirli bilib. Məhkəmə ona 6 il 6 ay müddətinə həbs cəzası təyin edib. Onun barəsində verilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilib və məhkəmə zalındaca həbs edilib.скачать dle 11.3






Снимайте интересные события и отправляйте нам!




            297 26.05.23 21:45