Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir

05.07.2025 13:30 1 356
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir
Rusiyada həbsdə olan Bakir Səfərova zəruri dərman ötürülməsinə icazə verilib.

Median.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakir Səfərovun qardaşı Seyfəddin Hüseynli bildirib.

"Qardaşım Bakir Səfərovun 62 yaşı var. O, hipertoniya xəstəsidir. Yəni, yüksək təzyiqi var. Onun dərmanları vaxtı-vaxtında verilməli, pəhrizi düzgün saxlanılmalıdır. Düzdür, indi ona dərman ötürülməsinə icazə verilir. Amma ilk vaxtlarda həkim müayinəsi də edilməmişdi. Azərbaycan dövlətinin müvafiq təsiri ilə bu məsələ həllini tapdı”, - o deyib.

S.Hüseynli qeyd edib ki, onda olan məlumata görə, Səfərovların işi üzrə istintaq indi tamamən Moskvanın nəzarətindədir:

"Qardaşım Bakir müəllimlə bağlı artıq şəxsi xətlə ala biləcəyim heç bir məlumat yoxdur. Nə məlumat varsa, rəsmi kanalla yayılır. Mənim bildiyimə görə, istintaqı və ona nəzarəti Moskva tamamilə öz üzərinə götürüb. Digər saxlanılanlarla bağlı da məlumatsızam. Ümidvaram ki, inşallah qardaşım Bakir Səfərovla əlaqədar məaələ tezliklə ədalətli həllini tapacaq. Bakir müəllim ziyalı bir insandır, pedaqoqdur. Hər kəs onu əsl ağsaqqal, nurani insan kimi tanıyırlar. Bakir müəllimin dinc, mülayim, barışdırıcı insan olduğunu onu tanıyanların hamısı bilir. Onu tanıyanlar buna zəmanət verə bilərlər. Buna görə də onun hansısa cinayət işində adının hallanması, bununla bağlı ittiham olunması çox ciddi haqsızlıq olardı”.

Xatırladaq ki, iyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının xüsusi bölməsi (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar işgəncə ilə öldürülüb. Bakir Səfərov isə həbs edilib. Onlarla azərbaycanlıya ciddi bədən xəsarətləri yetirilib, xeyli soydaşımız saxlanılıb.

Son xəbərlər