18:18 Azərbaycanda bu şəxslərin maaşları 15% artırıldı  |     18:17 Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb  |     18:14 Огонь, вода и тяжелые металлы - ВИДЕО  |     17:55 Ağcabədi xəstəxanasının şöbə müdirlərinə xəstə ölümünə görə cinayət işi açılıb  |     17:45 МККК беспрепятственно перевез 15 армянских жителей Карабаха с проблемами со здоровьем в Армению  |     17:18 Rubl və lirə ucuzlaşdı - Manatı nə gözləyir?  |     17:16 Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT: İki qardaşının ömrünə narkotik son qoyub  |     17:13 Mayda 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:54 Orxan Fikrətoğlu yüksək vəzifəyə təyin edildi  |     16:51 Əhaliyə xəbərdarlıq - Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək  |     16:42 Naxçıvanda reseptsiz antibiotik satışına qadağa qoyulur  |     16:34 Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA  |     16:31 Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu  |     15:50 Azərbaycanda kənd məktəbində biabırçı hadisə: İntizamsız şagirdlərin şəkilləri paylaşıldı - FOTO  |     15:46 Жители Карабаха армянского происхождения беспрепятственно проходят через пограничный КПП - ВИДЕО  |     15:43 Milli Məclis Azərbaycan-Bosniya sazişini ratifikasiya etdi  |     15:24 Övladlarımızın danışığında qüsur olmaması üçün nə etməliyik?  |     13:54 Путин проведет встречу с Пашиняном в Сочи  |     13:43 Суд не удовлетворил жалобу заказчика похищения человека  |     13:17 Российские миротворцы сопровождают армянские военные грузы в Карабахе - ВИДЕО  |    
Son 5 ildə 231 min şəxsə əlillik təyin edilib
2018-2023-cü illərdə ölkəmizdə 231 min şəxsə əlillik təyin edilib və təyinatdan sonra onlara əlilliyə görə sosial ödənişlər təyin olunub.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Qeyd olunub ki, aparılan sosial islahatlar əlillik sahəsini də əhatə edir. 2022-ci ilin iyul ayından tətbiq olunan yeni meyarlar əlilliyin artıq məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilməklə təyinatına, əlilliyin qiymətləndirilməsi sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə imkan verib.

Yeni meyarlarla əlillik üç dərəcə əsasında deyil, orqanizm funksiyalarının itirilməsi faizi əsasında təyin olunur. Əlillik səbəbləri iki və daha çox olduqda, daha üstün sosial təminat hüququ verən əlillik təyinatı aparılır. Funksiyaların pozulma faizləri eyni olduqda, yekun göstərici 10 faiz, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılır. Ümumilikdə əlillik təyinatına əsas verən meyarların sayında da 4 dəfədən çox artım olub.

Həmçinin 2018-ci ildən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılıb.

Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi açılacaq, Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin inşasına başlanacaq.

2018-2023-cü illərdə yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının genişləndirilməsi reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib.

Bu dövrdə nazirliyin müəssisələrində 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 240 min reabilitasiya vasitəsi, o cümlədən 431 son nəsil yüksək texnologiyalı protez verilib.скачать dle 11.3






Снимайте интересные события и отправляйте нам!




            279 26.05.23 20:52