Bakıda sürücü piyadanı vurmamaq üçün maşını dirəyə çırpdı - VİDEO
Bakı şəhərində piyadanın səhvi ucbatından ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Görüntülərdən aydın olur ki, hadisə paytaxtın Heydər Əliyev prospekti ərazisində, yeraltı piyada keçidinin üstündə baş verib. Belə ki, yolu keçmək istəyən piyadanı vurmamağa çalışarkən sürücü avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil yol kənarındakı dirəyə çırpılıb.
Sürücünün vəziyyətinin ağır olduğu qeyd edilir.
Sözügedən görüntüləri təqdim edirik:
скачать dle 11.3
Снимайте интересные события и отправляйте нам!