Boksçumuz Polşada bürünc medal qazandı
Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin görüşləri keçirilib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, finala gedən yolda Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
66 kq çəkidə Şəhla Allahverdiyeva fransalı Fatia Benmessahellə üz-üzə gəlib. Həlledici döyüşə rəqib yüksəldiyindən təmsilçimiz bürünc medalla kifayətlənib.
Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaqlar.
скачать dle 11.3
Снимайте интересные события и отправляйте нам!