18:29 Ramiz Mehdiyevin xanımının şirkəti yenidən məhkəmə qarşısında  |     18:18 Azərbaycanda bu şəxslərin maaşları 15% artırıldı  |     18:17 Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb  |     18:14 Огонь, вода и тяжелые металлы - ВИДЕО  |     17:55 Ağcabədi xəstəxanasının şöbə müdirlərinə xəstə ölümünə görə cinayət işi açılıb  |     17:45 МККК беспрепятственно перевез 15 армянских жителей Карабаха с проблемами со здоровьем в Армению  |     17:18 Rubl və lirə ucuzlaşdı - Manatı nə gözləyir?  |     17:16 Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT: İki qardaşının ömrünə narkotik son qoyub  |     17:13 Mayda 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:54 Orxan Fikrətoğlu yüksək vəzifəyə təyin edildi  |     16:51 Əhaliyə xəbərdarlıq - Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək  |     16:42 Naxçıvanda reseptsiz antibiotik satışına qadağa qoyulur  |     16:34 Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA  |     16:31 Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu  |     15:50 Azərbaycanda kənd məktəbində biabırçı hadisə: İntizamsız şagirdlərin şəkilləri paylaşıldı - FOTO  |     15:46 Жители Карабаха армянского происхождения беспрепятственно проходят через пограничный КПП - ВИДЕО  |     15:43 Milli Məclis Azərbaycan-Bosniya sazişini ratifikasiya etdi  |     15:24 Övladlarımızın danışığında qüsur olmaması üçün nə etməliyik?  |     13:54 Путин проведет встречу с Пашиняном в Сочи  |     13:43 Суд не удовлетворил жалобу заказчика похищения человека  |    
Dünya liderləri İlham Əliyevi təbrik edirlər
Dünya liderlərindən Azərbaycan Prezidentinə təbrik məktubları gəlməkdə davam edir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az-ın məlumatına görə, məktubda deyilir:

“Sizə və Sizin simanızda dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Ötən ilin sentyabrında Səmərqənd şəhərində bizim görüşümüz əsnasında əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsini və ölkələrimiz arasında bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə olunmasını görmək məni sevindirir.

Cənab Prezident, Siz Çin-Azərbaycan münasibətlərinin strateji dəyərini dəfələrlə vurğulamısınız, ölkələrimiz arasında qarşılılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə dair niyyətinizi fəal şəkildə ifadə etmisiniz. Mən bunu yüksək qiymətləndirirəm. İkitərəfli dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının sağlam və sabit məcraya istiqamətləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana tərəqqi, güc, qüdrət, onun xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram”.

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə böyük məmnunluqla ən xoş arzularımı çatdırıram.

Son otuz ildə ölkələrimiz arasında qardaşlıq əlaqələri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir. Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olmuşdur. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə öz dəstəyini göstərməkdə davam edəcəkdir.

Mən, həmçinin uzaqgörənliyi və müdrik rəhbərliyi ilə Azərbaycanı uğur və tərəqqi yoluna çıxarmış Ümummilli Liderin xatirəsinə dərin ehtiram bəsləyən, “Heydər Əliyev İli”ndə onun 100 illik yubileyini qeyd edən Azərbaycan xalqını təbrik edirəm.

Əminəm ki, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığımızı daha da genişləndirmək üçün Sizinlə işləməkdə davam edəcəyik.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, xahiş edirəm, dərin ehtiramımı və xoş arzularımı qəbul edin”.скачать dle 11.3






Снимайте интересные события и отправляйте нам!




            426 26.05.23 12:55