17:55 Ağcabədi xəstəxanasının şöbə müdirlərinə xəstə ölümünə görə cinayət işi açılıb  |     17:45 МККК беспрепятственно перевез 15 армянских жителей Карабаха с проблемами со здоровьем в Армению  |     17:18 Rubl və lirə ucuzlaşdı - Manatı nə gözləyir?  |     17:16 Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT: İki qardaşının ömrünə narkotik son qoyub  |     17:13 Mayda 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:54 Orxan Fikrətoğlu yüksək vəzifəyə təyin edildi  |     16:51 Əhaliyə xəbərdarlıq - Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək  |     16:42 Naxçıvanda reseptsiz antibiotik satışına qadağa qoyulur  |     16:34 Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA  |     16:31 Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu  |     15:50 Azərbaycanda kənd məktəbində biabırçı hadisə: İntizamsız şagirdlərin şəkilləri paylaşıldı - FOTO  |     15:46 Жители Карабаха армянского происхождения беспрепятственно проходят через пограничный КПП - ВИДЕО  |     15:43 Milli Məclis Azərbaycan-Bosniya sazişini ratifikasiya etdi  |     15:24 Övladlarımızın danışığında qüsur olmaması üçün nə etməliyik?  |     13:54 Путин проведет встречу с Пашиняном в Сочи  |     13:43 Суд не удовлетворил жалобу заказчика похищения человека  |     13:17 Российские миротворцы сопровождают армянские военные грузы в Карабахе - ВИДЕО  |     12:58 В Гаджигабульском районе задержаны наркоторговцы  |     12:41 Yunanıstan Azərbaycandan neft idxalını bərpa edib  |     12:28 ИВ Баку обратилась к жителям столицы  |    
Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib
Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

President.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident, 26 May – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata keçirdiyimiz irimiqyaslı regional layihələr strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi şərtləndirən başlıca amillərdəndir.

Bu gün ölkələrimizin rifahına və regionumuzun çiçəklənməsinə xidmət edəcək qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və yeni məzmunla zənginləşməsi, tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkanlar var.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə Azərbaycan-Gürcüstan ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da genişlənməsinə nail olacağıq.

Belə bir əlamətdar bayramda Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.скачать dle 11.3






Снимайте интересные события и отправляйте нам!




            384 26.05.23 11:57