Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada azərbaycanlı Zaur Şipilov saxlanılıb - FOTO / VİDEO

04.07.2025 16:19 1 941
Rusiyada azərbaycanlı Zaur Şipilov saxlanılıb - FOTO / VİDEO
Rusiyanın Orenburq şəhərində kriminal iyerarxiyada yüksək mövqe tutmaq iddiası ilə ittiham olunan azərbaycanlı, Zaur adlı şəxs saxlanılıb. Hüquq-mühafizə orqanları onun "qanuni oğru" statusuna malik olduğunu hesab edir.

Median.Az
bu barədə "BAZA" "Telegram" kanalına istinadla xəbər verir.

Məlumatda iddia olunur ki, saxlanılan şəxs "qanuni oğru" statusuna malikdir. Onun tam adı açıqlanmasa da, Lenin Rayon Məhkəməsinin məlumatlarına əsasən, söhbət 39 yaşlı Orenburq doğumlu, daha çox "Zaur Naxçıvanski" ləqəbi ilə tanınan Zaur Şipilovdan gedir.




KİV-in iddiasına görə, o, 27 yaşında Türkiyədə "taclandırılıb" və kriminal aləmdə tanınmış şəxslərdən biri olan Bayram Talıbovun oğludur. Bayram Talıbov 2006-cı ildə Moskvada "qanuni oğru" Hikmət Muxtarovla birlikdə güllələnərək öldürülüb.

İddia edilir ki, pasport məlumatlarına görə, onun tam adı Zaur Bayramoviç Şipilovdur.

4 iyul 2025-ci il tarixində Lenin Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçəcək. Rəsmi məlumata görə, ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi - "Cinayət iyerarxiyasında yüksək mövqe tutma" maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Daxili İşlər Nazirliyinin regional idarəsi bildirir ki, şübhəli şəxs əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunub, regionda cinayətkar fəaliyyəti nəzarətdə saxlayıb, qeyri-qanuni yığıncaqlarda iştirak edib və kriminal ənənələri dəstəkləyib.скачать dle 11.3



Mojo.az Banner