Bakıda yaşayış binasında yanğın olub: Zəhərlənənlər var
Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan 2 otaqlı mənzilin bir otağına yığılan məişət və taxta tullantıları 15 kvadratmetr sahədə yanıb.
“Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə nazirlikdən bildirilib.
скачать dle 11.3
Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!