23:20 Mədə qripi nədir?  |     23:12 “Twitter”dən daha bir yenilik  |     23:05 Paltaryuyan maşın mətbəxdə olmamalıdır – SƏBƏB  |     22:57 Təhsil krediti alan tələbələrin sayı açıqlandı  |     22:41 Bakıda yataqxanada yanğın olub  |     22:34 Bakı-Horadiz yolunda mikroavtobus yük avtomobili ilə toqquşdu - VİDEO  |     22:26 Azərbaycan səfiri etimadnaməsinin surətini Ukrayna XİN-ə təqdim edib  |     22:17 “Günay Bank” ASC kompensasiyaların ödənilməsinə iyunun 19-da başlayacaq  |     22:06 Azərbaycan hərbçiləri Konyada hərbi təlimdə  |     21:58 Taksilərlə bağlı yenilik - Qiymət artacaq? (VİDEO)  |     21:55 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI  |     21:51 Azərbaycanda daha üç nəfər COVID-19-a yoluxub  |     21:43 MN: “Azərbaycan Ordusu bölmələrinin Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır”  |     21:34 Avtobusda qadınlar arasında dava, yeniyetmə qonşusunun burnunu sındırdı - MƏHKƏMƏ  |     21:26 "Play Store"da kart məlumatlarını oğurlayan proqramlar (SİYAHI)  |     21:22 Həkim: Bu parazitlər xərçəngə səbəb ola bilər  |     21:14 Qohumunun toyunda gəzdirdiyi elektron qolbağı qırıb atdı - Yeyib-içdi, oynadı, sonra isə... - FOTO  |     21:09 “Bulvar”da tum qabığlarını yerə atan şəxs həbs edildi  |     21:01 "Real Madrid" yetirməsini geri qaytarıb  |     20:53 Yuxarı Şirvan kanalında bir nəfər batıb  |    
Son üç ayda İrandan Əfqanıstana 119 000 qaçqın qayıdıb
Son üç ayda İrandan Əfqanıstana 119 000 qaçqın qayıdıb.

Bu barədə Əfqanıstanın cənub-qərbində yerləşən Nimruz əyalətində mühacirlərin işi üzrə şöbənin başçısı Mövləvi Abdullah Riaz bildirib.

Onun sözlərinə görə, bu ay 65 000 əfqan İrandan ölkəsinə qayıdıb: "İki ay əvvəl isə 54 min əfqan qaçqın Vətənə qayıdıb. Bu rəqəmlər Nimruz sərhəd məntəqəsindən qayıdanların sayının artdığını göstərir".

“Taliban” hökuməti son aylarda Əfqanıstanda milli təhlükəsizliyi təmin edəndən sonra başqa ölkələrdən, xüsusən İran və Pakistanda olan əfqan mühacirlərin geri qaytarılması prosesi başlayıb.

Mütəxəssislər hesab edirlər ki, İran əfqan qaçqınları qayıtmağa məcbur edir. Bunun səbəblərindən biri olaraq iki ölkə arasında yaranmış su probleminin həll olunmaması göstərilir. Qeyd edək ki, Tehran rejimi “Taliban” hökumətini Gilmənd çayından İran ərazisinə axan suyun qarşısını almaqda ittiham edir. Qarşı tərəf isə İran istifadə etdiyi suyun pulunu ödəməsini istəyir. Ona görə də ehtimal olunur ki, Tehran rejimi Əfqanıstandakı hakimiyyətə təzyiq məqsədilə əfqan qaçqınları ölkəsinə qayıtmağa məcbur edir.

İrandakı əfqan qaçqınların dəqiq statistikası yoxdur. Bu rəqəmin 500 000-900 000 nəfər, bəzən isə daha çox olduğu iddia edilir.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            354 25.05.23 23:05