Şahbuz Rayon İcra Hakimiyyətinin saytı “GOV.AZ” zonasına köçürülüb
Naxçıvan MR-nın Şahbuz Rayon İcra Hakimiyyətinin elektron informasiya resursu - “shahbuz-ih.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.
Bu barədə "Report"a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.
Məlumatda deyilir ki, Dövlət Xidməti muxtar respublikada dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirləri davam etdirir.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!