Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:35 Rusiya bu ölkəyə nota verdi | 21:35 Şirvan sakini boyun nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirlib | 21:15 "Sabah" "Sumqayıt"ı darmadağın edərək liderliyə yüksəldi | 21:01 Dənizin altında 9500 illik itmiş şəhər tapıldı - Tarixi dəyişə bilər | 20:42 15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub | 20:28 Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” | 20:24 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir | 20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı |
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevirdə atasını döyə-döyə öldürən şəxsə ağır cəza verildi

07.05.2025 17:56 2 172
Mingəçevirdə atasını döyə-döyə öldürən şəxsə ağır cəza verildi
Şəki Ağır Cinayətlər Məhkəməsində atasını döyüb öldürən Vüsal Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Tural Əfəndiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Nəbiyev 10 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Mingəçevir şəhərində baş verib. 1992-ci il təvəllüdlü Vüsal Nəbiyev narkotik aludəçisi olduğundan atasının evindəki əşyaları satıb narkotik və spirtli içkiyə xərcləyib. Atası isə buna dəfələrlə etiraz edib, etiraza görə isə V.Nəbiyev atasını dəfələrlə döyürmüş.

V.Nəbiyevin atası Heydər Nəbiyev də içki düşkünü imiş. Sonuncu dəfə V.Nəbiyev atasını küçədə kimdənsə pul aldığı vaxt görüb və onu döyməyə başlayıb. H.Nəbiyev aldığı xəsarətlərdən ölüb.
//oxu.az

Son xəbərlər