23:20 Mədə qripi nədir?  |     23:12 “Twitter”dən daha bir yenilik  |     23:05 Paltaryuyan maşın mətbəxdə olmamalıdır – SƏBƏB  |     22:57 Təhsil krediti alan tələbələrin sayı açıqlandı  |     22:41 Bakıda yataqxanada yanğın olub  |     22:34 Bakı-Horadiz yolunda mikroavtobus yük avtomobili ilə toqquşdu - VİDEO  |     22:26 Azərbaycan səfiri etimadnaməsinin surətini Ukrayna XİN-ə təqdim edib  |     22:17 “Günay Bank” ASC kompensasiyaların ödənilməsinə iyunun 19-da başlayacaq  |     22:06 Azərbaycan hərbçiləri Konyada hərbi təlimdə  |     21:58 Taksilərlə bağlı yenilik - Qiymət artacaq? (VİDEO)  |     21:55 Названо число вакцинированных от COVID-19 в Азербайджане  |     21:51 В Азербайджане за последние сутки коронавирусом заразились три человека  |     21:43 MN: “Azərbaycan Ordusu bölmələrinin Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır”  |     21:34 Avtobusda qadınlar arasında dava, yeniyetmə qonşusunun burnunu sındırdı - MƏHKƏMƏ  |     21:26 "Play Store"da kart məlumatlarını oğurlayan proqramlar (SİYAHI)  |     21:22 Həkim: Bu parazitlər xərçəngə səbəb ola bilər  |     21:14 Qohumunun toyunda gəzdirdiyi elektron qolbağı qırıb atdı - Yeyib-içdi, oynadı, sonra isə... - FOTO  |     21:09 “Bulvar”da tum qabığlarını yerə atan şəxs həbs edildi  |     21:01 "Real Madrid" yetirməsini geri qaytarıb  |     20:53 Yuxarı Şirvan kanalında bir nəfər batıb  |    
Müəmmalar sorağında: İranda itkin düşən azərbaycanlı tələbənin arxasınca getdiyi qız kimdir? - VİDEO
Övladı 27 yaşlı Fərid Səfərlidən xəbər ala bilməyən ana - Dilarə Əsgərova İrana gedib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət 26 gündür İranda itkin düşən azərbaycanlı tələbə Fərid Səfərlidən gedir.

Tələbənin anası Dilarə Əsgərova deyir ki, oğlunun kompüterini Almaniyada Yena şəhər polisinə verib. Polislər kompüterdə araşdırma aparıb və ona iranlı qız haqqında bəzi məlumatları təqdim ediblər. Məlum olub ki, həmin qız Tehranda yaşayır, amma Qum şəhərində işləyir.

Rəsmi sorğulara cavab ala bilmədikləri üçün isə Dilarə Əsgərova özü övladını axtarmaq üçün bir neçə gün əvvəl İrana gedib.

Qadın övladına məxsus kompüterdən müstəntiqin tapdığı şəkilləri Qum şəhərində digər xəstənxanalara göstərsə də, onu tanıyan olmayıb.

O, vəkillə bərabər Tehran Şəhər Məhkəməsinə müraciət edib. Məhkəmədən bildirblər ki, sorğuya cavab veriləcək, amma bu, bir az gec olacaq.

Xatırladaq ki, Almaniyanın Yena Universitetində təhsil alan Fərid Səfərli fevralın 20-də həmin ali məktəbdə təcrübə keçmiş, dostluq münasibətində olduğu bir qızla görüşmək üçün valideynlərindən xəbərsiz Tehran şəhərinə gedib. O vaxtdan da itkin düşüb. Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ ilə bağlı rəsmi Bakı Tehrandan cavab gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 11.3






Снимайте интересные события и отправляйте нам!




            675 29.03.23 11:08