DİN-dən Fazil Mustafanın güllələnməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.
"Report"un xəbərinə görə, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.
DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
скачать dle 11.3
Снимайте интересные события и отправляйте нам!