Luvr muzeyi fəaliyyətini dayandırıb
Luvr muzeyi bu gün səhərdən etibarən fəaliyyətini dayandırıb.
Bu barədə muzeyin rəsmi “Twitter“ səhifəsində məlumat verilib.
Qeyd olunub ki, muzey əməkdaşları Fransa Prezidenti Emmanuel Makronun ölkədə pensiya islahatının həyata keçirilməsi haqda verdiyi qərarın ləğvi tələb ilə tətilə başlayıblar.
Xatırladaq ki, Fransa hökuməti ötən həftə, parlamentdə səsvermə keçirilmədən, ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırmaq barədə qanun layihəsini qəbul etmək üçün müraciət etdikdən sonra insanlar küçələrə axışıb. Ölkə paytaxtında və digər şəhərlərdə baş tutan etiraz aksiyalarını dağıdan zaman Fransa polisi yüzlərlə insanı saxlayıb.
скачать dle 11.3
Снимайте интересные события и отправляйте нам!