23:20 Mədə qripi nədir?  |     23:12 “Twitter”dən daha bir yenilik  |     23:05 Paltaryuyan maşın mətbəxdə olmamalıdır – SƏBƏB  |     22:57 Təhsil krediti alan tələbələrin sayı açıqlandı  |     22:41 Bakıda yataqxanada yanğın olub  |     22:34 Bakı-Horadiz yolunda mikroavtobus yük avtomobili ilə toqquşdu - VİDEO  |     22:26 Azərbaycan səfiri etimadnaməsinin surətini Ukrayna XİN-ə təqdim edib  |     22:17 “Günay Bank” ASC kompensasiyaların ödənilməsinə iyunun 19-da başlayacaq  |     22:06 Azərbaycan hərbçiləri Konyada hərbi təlimdə  |     21:58 Taksilərlə bağlı yenilik - Qiymət artacaq? (VİDEO)  |     21:55 Названо число вакцинированных от COVID-19 в Азербайджане  |     21:51 В Азербайджане за последние сутки коронавирусом заразились три человека  |     21:43 MN: “Azərbaycan Ordusu bölmələrinin Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır”  |     21:34 Avtobusda qadınlar arasında dava, yeniyetmə qonşusunun burnunu sındırdı - MƏHKƏMƏ  |     21:26 "Play Store"da kart məlumatlarını oğurlayan proqramlar (SİYAHI)  |     21:22 Həkim: Bu parazitlər xərçəngə səbəb ola bilər  |     21:14 Qohumunun toyunda gəzdirdiyi elektron qolbağı qırıb atdı - Yeyib-içdi, oynadı, sonra isə... - FOTO  |     21:09 “Bulvar”da tum qabığlarını yerə atan şəxs həbs edildi  |     21:01 "Real Madrid" yetirməsini geri qaytarıb  |     20:53 Yuxarı Şirvan kanalında bir nəfər batıb  |    
Elektriklə balıq ovlayanlar saxlanılıb
DİN-in Su Nəqliyyatında Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində keçirilən növbəti reyd zamanı kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz olaraq balıq ovu ilə məşğul olan Qazax rayon sakini Maqsud Rəsulov saxlanılıb. Onun ovladığı 3 ədəd “şəhmayı”, 2 ədəd “daban (karas)” və 84 ədəd “xramulya” balığı, qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1045 manat miqdarında zərər vurması müəyyən edilib.

Bundan başqa Su Polisinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Mingəçevir Su Anbarının Samux rayonu ərazsində olan hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Şəmkir rayon sakini Vüqar Məmmədov da saxlanılıb. Araşdırma zamanı V. Məmmədovun 40 ədəd “çapaq”, 56 ədəd “daban” balığını qanunsuz olaraq ovlaması və təbiətə 1056 manat miqdarında zərər vurması müəyyən edilib. Hər iki şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Qeyd edilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən analoji tədbirlər bundan sonra da davam etdiriləcək.скачать dle 11.3






Снимайте интересные события и отправляйте нам!




            273 27.03.23 20:55