Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanda keçiriləcək rapid üzrə beynəlxalq turnirdə iştirak edəcək.
Federasiyadan "Report"a verilən məlumata görə, 38 yaşlı qrossmeyster bu gün sözügedən ölkəyə yollanıb.
Yarışda Məmmədyarovla yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattarov və Rüstəm Kasımjanov (hər ikisi Özbəkistan) kimi tanınmış şahmatçılar iştirak edəcəklər.
Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov olacaq.
Qeyd edək ki, üç gün davam edəcək yarışın mükafat fondu 50 min ABŞ dollarıdır.
скачать dle 11.3
Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!