22:50 20 NATO ölkəsi Ukraynanın alyansa üzvlüyünü rəsmən dəstəkləyib  |     22:39 “Mançester Siti”nin sahibi 13 ildən sonra ilk dəfə komandasının matçını izləyəcək  |     22:26 Xəzərin suyunda kəskin azalma: Bu təbii prosesdir, yoxsa...  |     22:07 Yaponiyada aeroportda sərnişinlərlə dolu iki təyyarə toqquşdu - VİDEO  |     21:09 Ərdoğan UEFA Prezidentini qəbul edib  |     20:11 Kanada Ukraynaya 373 milyon dollarlıq yeni hərbi yardım paketi verəcək  |     20:04 Britaniya Ukraynaya humanitar yardım göstərəcək  |     19:55 İranda leysan nəticəsində 17 əyalətdə sel və daşqın baş verib  |     19:49 Niderlandda sənaye zonasında güclü yanğın baş verib  |     19:39 Bakı sakininin bank hesabından pul oğurlanıb  |     19:31 Bakıda gənc qızı avtomobil vurub  |     19:22 Sabirabadda 48 yaşlı kişi intihar edib  |     19:11 Somalidə silahlılar otelə hücum edib, ölənlər var  |     19:04 Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb  |     18:44 Bakıda məhbus həbsxanada ölüb  |     18:13 Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb  |     17:59 Qazaxıstanda meşə yanğınları FHN rəhbərinin işdən qovulması ilə nəticələndi  |     17:50 Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu  |     17:50 Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu  |     17:43 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI  |    
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - FOTO
Azərbaycanda müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyinat olub.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Vüqar Valeh oğlu Mustafayevə həvalə edilib.

O, 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Mühəndis iqtisadiyyatı və idarəetmə” (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində “Maliyyə və kredit” ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi” (MBA) dərəcəsi əldə edib.

V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young” beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə “Azerfon” MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə “PAŞA Holdinq” MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lərin Təftiş Komissiyalarının sədri olub.

скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            642 27.03.23 15:10