17:45 BQXK əməkdaşları Qarabağın 15 erməni sakinini Ermənistandakı tibb mərkəzlərinə aparıblar  |     17:18 Rubl və lirə ucuzlaşdı - Manatı nə gözləyir?  |     17:16 Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT: İki qardaşının ömrünə narkotik son qoyub  |     17:13 Mayda 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:54 Orxan Fikrətoğlu yüksək vəzifəyə təyin edildi  |     16:51 Əhaliyə xəbərdarlıq - Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək  |     16:42 Naxçıvanda reseptsiz antibiotik satışına qadağa qoyulur  |     16:34 Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA  |     16:31 Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu  |     15:50 Azərbaycanda kənd məktəbində biabırçı hadisə: İntizamsız şagirdlərin şəkilləri paylaşıldı - FOTO  |     15:46 Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər - VİDEO  |     15:43 Milli Məclis Azərbaycan-Bosniya sazişini ratifikasiya etdi  |     15:24 Övladlarımızın danışığında qüsur olmaması üçün nə etməliyik?  |     13:54 Putin Soçidə Paşinyanı qəbul edəcək  |     13:43 Bakıda qadın idmançılara adam oğurlatdı, işgəncə verib, pul tələb etdi - MƏHKƏMƏ  |     13:17 Qarabağda Rusiya sülhməramlıları erməni terrorçuların hərbi daşımalarını müşayiət edirlər - VİDEO  |     12:58 Hacıqabulda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb  |     12:41 Yunanıstan Azərbaycandan neft idxalını bərpa edib  |     12:28 BŞİH paytaxt sakinlərinə müraciət etdi  |     12:25 Qanunsuz çay xərçəngi ovu ilə məşğul olan şəxs saxlanıldı  |    
İran vətəndaşından narkotik alıb Daşkəsəndə satmaq istəyən şəxs saxlanılıb
Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Daşkəsən rayon sakini, əvvəllər Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin Bayramov saxlanılıb.

Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə və külli miqdarda narkotik maddə olan metamfetamin, heroin, tiryək və marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələr vasitəsilə İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            339 23.03.23 13:42