Ağcabədi sakinindən “Kalaşnikov” avtomatı götürülüb - FOTO/VİDEO
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən “Kalaşnikov” avtomatı aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Füzuli Atakişiyev tutulub.
Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı “AK-74” markalı avtomat, həmin silaha məxsus sandıqça və 5,45 çaplı 10 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.
скачать dle 11.3
Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!