Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi |
Mojo.az Avto
Mojo.az Avto

İcarəyə götürdükləri maşınlarla oğurluq edən dəstə üzvləri ƏLƏ KEÇDİLƏR - VİDEO

01.05.2025 13:58 1 953
İcarəyə götürdükləri maşınlarla oğurluq edən dəstə üzvləri ƏLƏ KEÇDİLƏR - VİDEO
Şəki Şəhər-Rayon Polis Şöbəsinə rayonun Daşbulaq, Daşüz, Şorsu və daha 4 kəndindən silsilə oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında tövlələrə daxil olan naməlum şəxslər dəyəri 30 min manata yaxın olan 26 baş mal-qaranı oğurlayıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməlləri törədən Taleh Novruzov, Şükür Mustafayev, Cahid İsrafilov və Vaqif Nuriyev saxlanılıblar. Onlar icarəyə götürdükləri avtomobillərlə son 9 ay ərzində bir neçə dəfə Bakıdan Şəkiyə gələrək burada oğurluq etdiklərini bildiriblər. Araşdırmalarla dəstə üzvlərinin oğurladıqları heyvanları Bərdə, Ağdaş, Göyçay və Bakı şəhərində satdıqları müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər