22:50 20 NATO ölkəsi Ukraynanın alyansa üzvlüyünü rəsmən dəstəkləyib  |     22:39 “Mançester Siti”nin sahibi 13 ildən sonra ilk dəfə komandasının matçını izləyəcək  |     22:26 Xəzərin suyunda kəskin azalma: Bu təbii prosesdir, yoxsa...  |     22:07 Два самолета столкнулись в аэропорту Токио - ВИДЕО  |     21:09 Ərdoğan UEFA Prezidentini qəbul edib  |     20:11 Трюдо объявил о выделении нового пакета военной помощи Украине в размере $373 млн  |     20:04 Britaniya Ukraynaya humanitar yardım göstərəcək  |     19:55 İranda leysan nəticəsində 17 əyalətdə sel və daşqın baş verib  |     19:49 В промышленной зоне в Нидерландах произошел крупный пожар  |     19:39 Bakı sakininin bank hesabından pul oğurlanıb  |     19:31 В Баку молодую девушку сбил автомобиль  |     19:22 Sabirabadda 48 yaşlı kişi intihar edib  |     19:11 В Сомали нейтрализовали боевиков, атаковавших отель в Могадишо  |     19:04 В Сабирабаде автомобиль насмерть сбил пешехода  |     18:44 Bakıda məhbus həbsxanada ölüb  |     18:13 Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb  |     17:59 Президент Казахстана освободил от должности главу МЧС  |     17:50 Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu  |     17:50 Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu  |     17:43 Названо число вакцинированных от COVID-19 в Азербайджане  |    
MN: Ermənistandan Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınması davam edir
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyri-qanuni erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, ərzaq və digər maddi-texniki təminat vasitələri daşıyır.

Qeyd olunan marşrut üzrə hərbi yüklərin daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırmışdır. Bundan əlavə, Ermənistan tərəfinin hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən də istifadə etməsi müəyyən edilib. Belə ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır. Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilmişdir.

Bildiririk ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.скачать dle 11.3






Снимайте интересные события и отправляйте нам!




            441 21.03.23 18:36