Rusiya XİN dördtərəfli görüşün tarixini razılaşdırır
Rusiya Suriya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinlərinin dördtərəfli məsləhətləşmələrin cədvəlini razılaşdırır.Bu barədə Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov açıqlayıb.
“Hələ razılığa gəlməmişik”, - deyə o bildirib.
Boqdanov görüşün ən qısa zamanda baş tutacağına ümid etdiyini deyib.
“Ancaq bizim həmkarlarımızın, suriyalıların, türklərin və iranlıların iş qrafiki var. Hələlik konkret tarix yoxdur, ortaq məxrəcə gəlməyə çalışacağıq”, - o vurğulayıb.
Mənbə: RT
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!