22:50 20 NATO ölkəsi Ukraynanın alyansa üzvlüyünü rəsmən dəstəkləyib  |     22:39 “Mançester Siti”nin sahibi 13 ildən sonra ilk dəfə komandasının matçını izləyəcək  |     22:26 Xəzərin suyunda kəskin azalma: Bu təbii prosesdir, yoxsa...  |     22:07 Yaponiyada aeroportda sərnişinlərlə dolu iki təyyarə toqquşdu - VİDEO  |     21:09 Ərdoğan UEFA Prezidentini qəbul edib  |     20:11 Kanada Ukraynaya 373 milyon dollarlıq yeni hərbi yardım paketi verəcək  |     20:04 Britaniya Ukraynaya humanitar yardım göstərəcək  |     19:55 İranda leysan nəticəsində 17 əyalətdə sel və daşqın baş verib  |     19:49 Niderlandda sənaye zonasında güclü yanğın baş verib  |     19:39 Bakı sakininin bank hesabından pul oğurlanıb  |     19:31 Bakıda gənc qızı avtomobil vurub  |     19:22 Sabirabadda 48 yaşlı kişi intihar edib  |     19:11 Somalidə silahlılar otelə hücum edib, ölənlər var  |     19:04 Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb  |     18:44 Bakıda məhbus həbsxanada ölüb  |     18:13 Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb  |     17:59 Qazaxıstanda meşə yanğınları FHN rəhbərinin işdən qovulması ilə nəticələndi  |     17:50 Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu  |     17:50 Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu  |     17:43 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI  |    
Mənzil almaqda köməklik göstərəcəyi vədi ilə iş yoldaşına qarşı dələduzluq edən şəxsə hökm oxundu
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Qabil Məmmədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair Qaradağ Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilib.

Belə ki, Qabil Məmmədovun 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.

İttihama görə, Qabil Məmmədov sabiq iş yoldaşı olmuş zərərçəkmiş Vilayət Həsənovu (şərti) Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən veriləcək sosial mənzillərdən yeddisini, hər bir mənzil üçün ilkin ödəniş kimi 3000 manat olmaqla növbədənkənar təşkil etməsi vədi ilə aldadıb. O, 2017-ci ilin yanvar, fevral və mart aylarında zərərçəkmişdən ümumilikdə 25 625 manat pulu dələduzluq yolu ilə ələ keçirib.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            360 21.03.23 10:33