Avropada qazın qiyməti 475 dollardan yuxarı səviyyədə qərarlaşıb
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 475 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
17 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 475,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (486 dollar) ilə müqayisədə 2,1% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
скачать dle 11.3
Снимайте интересные события и отправляйте нам!