Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın əməkdar memarı vəfat etdi - FOTO

29.04.2025 12:42 3 492
Azərbaycanın əməkdar memarı vəfat etdi - FOTO
Azərbaycan Respublikasının Əməkdar memarı Cəmaləddin Qədirov vəfat edib.

Median.Az
xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, C.Qədirov 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, C.Qədirov 1953-cü ildə Qusarda anadan olub. O, 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Qusar rayonunda Tahircal kənd Mədəniyyət evinin bədii rəhbəri (1970-1974), Bakı Balıqcılıq Dəniz limanında matros (1974), Azərbaycan "Avtoyol" Layihə institutunda texnik, mühəndis (1983-1989), Bakı İcraiyyə Komitəsi "Bərpaçı" Baş İdarəsində memar, elmi layihə sektorun rəisi; "Bərpaçı" Elmi-istehsalat idarəsinin rəis müavini (1989-1990). 1990-2012-ci illərdə sərbəst memarlıq fəaliyyəti ilə məşğul olub. 2012-2015-ci illərdə "Archilit MMC"-da baş memar, 2015-ci ildən isə müstəqil memarlıq fəaliyyəti ilə məşğul olub.

O, "İçərişəhər"də Məhəmməd məscidinin bərpası, Bakı şəhərində H.Əliyev Fondunun binası, H.Əliyev adına Müasir Təhsil Kompleksi, Maştağa, Lənkəran və Bərdədə olimpiya kompleksləri, Zaqatala şəhərində Fındıq zavodu, Bakıda Ə.Ələkbərov küçəsində yaşayış kompleksi, Lənkəran və Yevlax şəhərlərində telestudiya, Mingəçevir şəhərində H.Əliyev adına saray və qonaq evi, Dərbənd şəhərində H.Əliyev küçəsinin rekonstruksiyası; Gədəbəy şəhərində "Aşıqlar evi"nin rekonstruksiyası və s. layihələrin müəllifi olub.


Son xəbərlər