11:12 Rusiya bəzi dövlətlərlə rouminqi ləğv edəcək  |     11:08 Müəmmalar sorağında: İranda itkin düşən azərbaycanlı tələbənin arxasınca getdiyi qız kimdir? - VİDEO  |     23:26 DİN-dən Fazil Mustafanın güllələnməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     23:08 Ukrayna Portuqaliyadan 3 “Leopard 2A6” tankı alıb  |     22:31 Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 3 medal qazanıb, 2 rekordu yeniləyib  |     22:17 Fransa polisi Lionda nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib  |     22:11 "Disney"də böyük ixtisar  |     22:05 İdxal olunan kartof məhsulunda zərərvericilər aşkarlanıb  |     21:18 Yunanıstanda parlament seçkilərinin vaxtı açıqlanıb  |     21:11 Rusiya dronlarla Ukraynaya hücum edib  |     20:57 Tanınmış futbolçu: "Azərbaycanla oyunda vacib xallar qazandıq"  |     20:51 Güclü külək əsəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ  |     20:44 Naxçıvan sakinləri 57 min manata yaxın ƏDV məbləğini geri alıb  |     20:33 Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?  |     20:16 Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda təyinat olub  |     20:03 Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb  |     19:55 Aİ plastik kartlardan imtina etməyə hazırlaşır  |     19:49 Estoniya yığmasının baş məşqçisi: “Azərbaycan millisi ilə oynamaq asan olacaq”  |     19:36 İstehlaka yararsız 19 ton qida məhsulu məhv edilib  |     19:25 ABŞ Ukraynadakı müharibəyə yanaşmasını dəyişir  |    
DİN: “Bayram şənliklərinin təşkil olunduğu yerlərdə polis naryadlarının sayı artırılacaq”
Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcək.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcək.

“Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qüvvə və imkanlar səfərbər ediləcək. Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi də ciddi nəzarətdə saxlanılacaq”, - məlumatda qeyd olunub.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            477 18.03.23 17:32