23:26 DİN-dən Fazil Mustafanın güllələnməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     23:08 Ukrayna Portuqaliyadan 3 “Leopard 2A6” tankı alıb  |     22:31 Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 3 medal qazanıb, 2 rekordu yeniləyib  |     22:17 Fransa polisi Lionda nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib  |     22:11 "Disney"də böyük ixtisar  |     22:05 İdxal olunan kartof məhsulunda zərərvericilər aşkarlanıb  |     21:18 Yunanıstanda parlament seçkilərinin vaxtı açıqlanıb  |     21:11 Rusiya dronlarla Ukraynaya hücum edib  |     20:57 Tanınmış futbolçu: "Azərbaycanla oyunda vacib xallar qazandıq"  |     20:51 Güclü külək əsəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ  |     20:44 Naxçıvan sakinləri 57 min manata yaxın ƏDV məbləğini geri alıb  |     20:33 Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?  |     20:16 Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda təyinat olub  |     20:03 Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb  |     19:55 Aİ plastik kartlardan imtina etməyə hazırlaşır  |     19:49 Estoniya yığmasının baş məşqçisi: “Azərbaycan millisi ilə oynamaq asan olacaq”  |     19:36 İstehlaka yararsız 19 ton qida məhsulu məhv edilib  |     19:25 ABŞ Ukraynadakı müharibəyə yanaşmasını dəyişir  |     19:19 Makronun reytinqi 28%-ə düşüb  |     19:06 Xudatda yol qəzası olub, xəsarət alanlar var  |    
Piyadanı vurub qaçan bloqerə hökm oxundu
Nərimanov Rayon Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqer Sabina Katanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Sabina Katanovaya 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verilib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılır.

Növbəti proses aprelin 5-nə təyin edilib.

İttihama görə, 1991-ci il təvəllüdlü Sabina Katanova 5 sentyabr 2021-ci il tarixdə, saat 18:10 dəqiqədə idarə etdiyi “Toyota Prado” markalı minik avtomobillə Nərimanov rayonu ərazisində saatda 5-10 km sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Röyal Çələbizadəni ehtiyatsızlıqdan maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol yan güzgüsü ilə isə zərərçəkmişin sol qolundan vurub. Nəticədə Sabina Röyal Çələbizadəyə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.

S.Katanovanın barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət ittiham irəli sürülüb.

Xatırladaq ki, bir müddət öncə Sabina Katanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirmişdi.

Qeyd edək ki, Sabina Katanova “Instagram”da bloqer kimi tanınır. Onun 305 mindən çox izləyicisi var.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 582 18.03.23 13:34