21:43 Çaydan çox istifadə bu problemlərə SƏBƏB OLUR  |     21:40 Yatmazdan əvvəl telefonda interneti MÜTLƏQ BAĞLAYIN – SƏBƏB  |     21:29 Naxçıvanda tələbə bacılar dəm qazından zəhərlənib  |     21:23 İran Liviyada səfirlik aça bilər  |     21:19 Luvr muzeyi fəaliyyətini dayandırıb  |     21:07 Qubada qanunsuz kömür quyusu aşkar edilib  |     20:55 Elektriklə balıq ovlayanlar saxlanılıb  |     20:49 Sumqayıtda 13 yaşlı oğlan itib  |     20:43 Ulduz falı: 28 mart, 2023-cü il  |     20:34 Martın 28-nə olan hava proqnozu  |     20:28 Azərbaycanın tərəvəz toxumlarını hansı ölkələr alır?  |     20:19 Агентство продбезопасности утилизировало непригодные к употреблению продукты  |     20:14 Yasamalda ictimai iaşə müəssisəsində nöqsanlar aşkar edilib  |     20:08 C 28 марта всем иностранцам разрешат въезд в Азербайджан без предъявления паспорта COVID-19  |     20:00 Матч Швеция-Азербайджан пройдет при закрытой крыше стадиона  |     19:42 Шахрияр Мамедъяров примет участие в международном турнире  |     19:39 Xızıda 58 yaşlı kişi döyülərək öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb  |     19:31 Bakıda istifadə müddəti bitmiş konservləşdirilmiş məhsullar məhv edilib  |     19:26 С банковского счета жителя Баку украдены деньги  |     19:17 В Баку автомобиль сбил 52-летнюю женщину  |    
Millət vəkili Arif Babayevin evinə getdi - Foto
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva korifey sənətkar Arif Babayevi evində ziyarət edib, onu 85 illik yubileyi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.

Kult.az xəbər verir ki, Komitə sədri sənətkarın doğulub-böyüdüyü, Ermənistanın işğalından azad edilmiş Ağdam şəhərində həyatın, o cümlədən mədəni həyatın bərpası işinin yüksək sürət və keyfiyyətlə getməsini qürur hissi ilə vurğulayaraq, sənətkara növbəti yubileyini doğma yurdda keçirməyi arzu edib.

Q.Paşayeva sənətkara uzun ömür, möhkəm cansağlığı arzulayıb, ona Mədəniyyət Komitəsinin Təbrik məktubunu və xatirə hədiyyələri təqdim edib.

Məktubda sənətkarın həyat və fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib.

Xalq artisti Arif Babayev Milli Məclisin Komitə sədrini evində salamlamaqdan şad olduğunu deyib, təbrik ücün təşəkkür edib, tarixi Zəfər qazanmış dövlətimizə, dövlət başçımız – Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Ordumuza ən xoş diləklərini çatdırıb, şəhidlərin əziz ruhunu ehtiramla yad edib.скачать dle 11.3






Снимайте интересные события и отправляйте нам!




            513 17.03.23 23:40