20:00 Матч Швеция-Азербайджан пройдет при закрытой крыше стадиона  |     19:42 Шахрияр Мамедъяров примет участие в международном турнире  |     19:39 Xızıda 58 yaşlı kişi döyülərək öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb  |     19:31 Bakıda istifadə müddəti bitmiş konservləşdirilmiş məhsullar məhv edilib  |     19:26 С банковского счета жителя Баку украдены деньги  |     19:17 В Баку автомобиль сбил 52-летнюю женщину  |     19:09 Франция призвала Россию отказаться от размещения ядерного оружия в Беларуси  |     19:03 Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib  |     18:48 İranda itkin düşən Azərbaycanlı gəncin anası: “Hazırda İrandayam, heç bir məlumat ala bilmirəm”  |     18:37 COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı  |     18:30 Netanyahu nümayişçiləri zorakılıqdan çəkinməyə çağırdı: “Biz qardaşıq”  |     18:20 Azərbaycanda baş həkim işdən çıxarıldı - FOTO  |     18:09 Saray-Novxanı yolunda ağır qəza: Minik və yük avtomobilləri toqquşdular  |     17:55 İstanbul sakinlərinə fırtına xəbərdarlığı edildi  |     17:31 Bakıda əyləncə parkındakı fontan dağılıb, uşaqlar üçün təhlükə yaranıb - FOTO  |     17:15 Məşhur “Formula-1” pilotuna qarşı irqçilik edən dünya çempionu cərimələndi  |     17:08 Названо число вакцинированных от COVID-19 в Азербайджане  |     16:56 В Азербайджане за последние сутки коронавирусом заразились 22 человека - ФОТО  |     16:50 Azərbaycanda daha bir "tiktok"çu saxlanıldı  |     16:44 Процесс ликвидации двух банков в Азербайджане планируется завершить в этом году  |    
Vilnüs Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb - FOTO
Bu aydan (2023-cü ilin mart ayından) etibarən Vilnüs Universitetində (VU) Azərbaycan dilinin tədrisinə başlanılıb.

“Report”un Litvadakı müxbirinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Litvadakı səfirliyinin təşəbbüsü ilə 2017-ci ildə Vilnüs Universitetində yaradılmış “Azərbaycan” auditoriyasında ilk dəfə olaraq “Azərbaycan dili və mədəniyyəti” fənni tədris olunur.

Bununla bağlı 2022-2023-cü tədris ilinin əvvəlindən etibarən Vilnüs Universitetinin Filologiya fakültəsinin dekanı İnesa Şeşkauskiene və Asiya və Mədəniyyətlərarası Tədqiqatlar İnstitutunun direktoru Kristina Qaralite ilə görüşlər baş tutub. Bu görüşlər çərçivəsində Vilnus Universitetinin nümayəndələrinin Azərbaycanda Filologiya sahəsi üzrə ixtisaslaşan universitetlərdən biri, xüsusən Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıqda maraqlı olduqları müəyyən edilib və “Azərbaycan” auditoriyasında dövlət dilimizin fakültativ fənn kimi tədris olunmasının ikitərəfli əlaqələrə, xüsusilə də təhsil sahəsində əməkdaşlığa töhvə verəcəyi düşünülərək razılıq əldə olunub.

“Azərbaycan dili və mədəniyyəti” fənninin tədrisini Azərbaycan Dillər Universitetinin dosenti Lalə Məcidova aparır.

Qeyd edək ki, tədris prosesində təkcə Azərbaycan dili yox, Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti də tələbələrin diqqətinə çatdırılır.скачать dle 11.3






Снимайте интересные события и отправляйте нам!




            519 17.03.23 23:22