23:26 DİN-dən Fazil Mustafanın güllələnməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     23:08 Ukrayna Portuqaliyadan 3 “Leopard 2A6” tankı alıb  |     22:31 Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 3 medal qazanıb, 2 rekordu yeniləyib  |     22:17 Fransa polisi Lionda nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib  |     22:11 "Disney"də böyük ixtisar  |     22:05 İdxal olunan kartof məhsulunda zərərvericilər aşkarlanıb  |     21:18 Yunanıstanda parlament seçkilərinin vaxtı açıqlanıb  |     21:11 Rusiya dronlarla Ukraynaya hücum edib  |     20:57 Tanınmış futbolçu: "Azərbaycanla oyunda vacib xallar qazandıq"  |     20:51 Güclü külək əsəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ  |     20:44 Naxçıvan sakinləri 57 min manata yaxın ƏDV məbləğini geri alıb  |     20:33 Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?  |     20:16 Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda təyinat olub  |     20:03 Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb  |     19:55 Aİ plastik kartlardan imtina etməyə hazırlaşır  |     19:49 Estoniya yığmasının baş məşqçisi: “Azərbaycan millisi ilə oynamaq asan olacaq”  |     19:36 İstehlaka yararsız 19 ton qida məhsulu məhv edilib  |     19:25 ABŞ Ukraynadakı müharibəyə yanaşmasını dəyişir  |     19:19 Makronun reytinqi 28%-ə düşüb  |     19:06 Xudatda yol qəzası olub, xəsarət alanlar var  |    
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Report" xəbər verir ki, mətndə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.

Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun!"скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            756 17.03.23 19:34