Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Roma Papası Fransisk: "Sözləri, düşüncələri və Yer kürəsini silahsızlaşdırmalıyıq"

19.03.2025 11:35 3 039
Roma Papası Fransisk:
"Sözləri, düşüncələri və Yer kürəsini silahsızlaşdırmalıyıq".

Bu fikirlər onun fevralın 14-dən etibarən müalicə aldığı Romadakı "Gemelli" klinikasından "Corriere della Sera" qəzetinin direktoru Luçano Fontanaya göndərdiyi məktubda yer alıb.

Məktubunda Papa vurğulayıb ki, hər bir söz - sadəcə söz deyil, onlar insan mühitini formalaşdıran gerçəkliklərdir. Sözlər birləşdirə və ya ayıra, həqiqətə xidmət və ya ondan istifadə edə bilər.

"Biz sözləri silahsızlaşdırmalıyıq, düşüncələri silahsızlaşdırmalıyıq və Yer kürəsini silahsızlaşdırmalıyıq. Dünyanın təmkinə, düşünməyə və mürəkkəbliyi dərk etməyə böyük ehtiyacı var. Müharibə cəmiyyətləri və ətraf mühiti məhv edir, amma münaqişələri həll etmir. Diplomatiya və beynəlxalq təşkilatlar yeni həyat və nüfuza ehtiyac duyur. Üstəlik, dinlər xalqların mənəviyyatına əsaslanaraq qardaşlıq və ədalət arzularını, sülh ümidini yenidən canlandıra bilər", - deyə Papa qeyd edib.

Fransisk əlavə edib ki, bütün bunlar fədakarlıq tələb edir.

Son xəbərlər