11:31 Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk AÇIQLAMA  |     11:29 Bu gün İsraildə Azərbaycan səfirliyinin açılışı olacaq  |     11:12 Rusiya bəzi dövlətlərlə rouminqi ləğv edəcək  |     11:08 Müəmmalar sorağında: İranda itkin düşən azərbaycanlı tələbənin arxasınca getdiyi qız kimdir? - VİDEO  |     23:26 DİN-dən Fazil Mustafanın güllələnməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     23:08 Ukrayna Portuqaliyadan 3 “Leopard 2A6” tankı alıb  |     22:31 Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 3 medal qazanıb, 2 rekordu yeniləyib  |     22:17 Fransa polisi Lionda nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib  |     22:11 "Disney"də böyük ixtisar  |     22:05 İdxal olunan kartof məhsulunda zərərvericilər aşkarlanıb  |     21:18 Yunanıstanda parlament seçkilərinin vaxtı açıqlanıb  |     21:11 Rusiya dronlarla Ukraynaya hücum edib  |     20:57 Tanınmış futbolçu: "Azərbaycanla oyunda vacib xallar qazandıq"  |     20:51 Güclü külək əsəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ  |     20:44 Naxçıvan sakinləri 57 min manata yaxın ƏDV məbləğini geri alıb  |     20:33 Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?  |     20:16 Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda təyinat olub  |     20:03 Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb  |     19:55 Aİ plastik kartlardan imtina etməyə hazırlaşır  |     19:49 Estoniya yığmasının baş məşqçisi: “Azərbaycan millisi ilə oynamaq asan olacaq”  |    
Aran bölgəsinin sakinləri də Türkiyədəki zəlzələdə ziyan çəkənlərə yardım kompaniyasına start verib
Aran bölgəsinin sakinləri də qardaş Türkiyədə baş verən zəlzələdə ziyan çəkən əhaliyə kömək məqsədilə yardım kompaniyasına start veriblər.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, səhər saatlarından başlayan aksiyada Ucar, Göyçay və Kürdəmir rayon sakinləri fəal iştirak edirlər.

Belə ki, onların topladığı isti geyimlər, əlcəklər, corablar, yataq dəstləri, quru ərzaqlar, təmizləyici vasitələr rayon ərazisində yerləşən müxtəlif ünvanlarda toplanır. Artıq bu gün ərzində təkcə Ucar rayonundan 3 ədəd yük maşını Bakıya göndərilib.

Sabah isə Göyçay və Kürdəmir rayonundan olan sakinlərin topladığı müxtəlif geyim, istilik və quru ərzaqla dolu yük maşınları paytaxta göndəriləcək. Rayon sakinləri "Report”un yerli bürosuna bildirib ki, aksiya başladığı andan rayonda 7-dən 70-ə hamı bu aksiyada fəallıq nümayiş etdirilər. Toplanan bütün yardımların məqsədi qardaş Türkiyədə təbii fəlakətdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulur.







скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            282 08.02.23 20:45