23:01 Rusiya Ermənistanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir  |     22:36 Dərimiz niyə quruyur? - Dermatoloq  |     22:29 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırıldı  |     22:21 Martın 28-nə USD/AZN rəsmi məzənnəsi  |     22:17 Bayram günlərində regionlara daşınan sərnişin sayı məlum olub  |     22:01 Əfv komissiyası neçə müraciətə baxıb?  |     21:58 "OneWeb" peyk interneti bu il bütün dünyada İSTİFADƏYƏ VERİLƏCƏK  |     21:50 DİQQƏT! Oruc tutanlar daha gec yaşlanır  |     21:43 Çaydan çox istifadə bu problemlərə SƏBƏB OLUR  |     21:40 Yatmazdan əvvəl telefonda interneti MÜTLƏQ BAĞLAYIN – SƏBƏB  |     21:29 Naxçıvanda tələbə bacılar dəm qazından zəhərlənib  |     21:23 İran Liviyada səfirlik aça bilər  |     21:19 Luvr muzeyi fəaliyyətini dayandırıb  |     21:07 Qubada qanunsuz kömür quyusu aşkar edilib  |     20:55 Elektriklə balıq ovlayanlar saxlanılıb  |     20:49 Sumqayıtda 13 yaşlı oğlan itib  |     20:43 Ulduz falı: 28 mart, 2023-cü il  |     20:34 Martın 28-nə olan hava proqnozu  |     20:28 Azərbaycanın tərəvəz toxumlarını hansı ölkələr alır?  |     20:19 İstehlaka yararsız qida məhsulları məhv edilib  |    
İlham Əliyev bir qanun və məcəlləyə dəyişiklikləri təsdiqlədi
“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə qanuna aşağıdakı məzmunda 10.4-1-ci maddə əlavə edilib:

“10.4-1. Dövlət Reyestrindən məlumatların verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir”.

Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Dəyişikliklə məcəlləyə aşağıdakı məzmunda maddələr əlavə edilib:

“75.3-1. Bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

81.1-1. Bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.

102.1-2. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir”.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            600 08.02.23 16:58