Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

"Google"un Rusiya telekanallarına borcu 91.5 kvintilyon rubl dəyərindədir

18.03.2025 14:35 1 737
"Google"un Rusiya bölməsinin yerli televiziya kanallarına borcu 91.5 kvintilyon rubldan çox olub.

Bu barədə "Google" şirkətinin müflisləşmə üzrə müvəkkili Valeri Talyarovski "RİA Novosti"yə müsahibəsində məlumat verib.

Kvintilyon - 18 sıfırı olan vahiddir. Söhbət şirkətin Rusiya televiziya yayımçılarına "YouTube"da kanallarının bloklanmasına görə ödəməli olduğu cəzadan gedir.

"Ümumilikdə bu reyestrdə 16 kreditorun ümumi məbləği 91 kvintilyon 511 kvadrilyon 687 trilyon 138 milyard 260 milyon 100 min rubl olan 18 tələbindən gedir", - deyə Talyarovski bildirib.

Onun sözlərinə görə, "Google" şirkətinin artmaqda davam edən öhdəliklərindən fərqli olaraq, Rusiya bölməsinin borcu onun müflis elan edildiyi vaxtdan müəyyən edilib.

Menecerin izah etdiyi kimi, cari kreditorlar əsasən astrent öhdəliyinin subsidiar məsuliyyətdən tələbə konvertasiya olmasına arxalana bilərlər.

Astrent məhkəmə qərarının yerinə yetirilmədiyi hər gün üçün tutulan məhkəmə cəzasıdır. Eyni zamanda, borc həndəsi proqressiya ilə yüksəlir, yəni məbləğ hər gün artır.

Lakin bu halda belə, onlar yalnız müflis elan olunduğu yurisdiksiyada "Google"un aktivlərinə iddia edə bilərlər.

"Və Rusiya məhkəmə aktları əsasında müəyyən edilmiş iddiaların məbləği, ilk növbədə, toplanmış vəsaitin müəyyən həcminə münasibətdə müvafiq kanalın payının nisbətini müəyyən edilməsi üçün vacib olacaq", - deyə o əlavə edib.

Fevralın 17-də Moskva Arbitraj Məhkəməsində "Google"un iflas işi ilə bağlı keçirilən iclasda bildirilib ki, ABŞ-nin "Google"a olan borcu 2.8 duodesillion rubla çatıb. Duodesillion 39 sıfırı olan vahiddir.

Eyni zamanda, məhkəmə qeyd edib ki, Rusiya "Google"una qarşı cərimələrin hesablanması onun müflis elan edildiyi gün dayandırılıb.

Son xəbərlər