Hadisə şəhərin Poçt qəsəbəsində yaşayış binalarından birinin qarşısında qeydə alınıb.
Binanın qarşısında dayanmış vəziyyətdə olan minik avtomobilində anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil tamamilə yanıb, yaxınlıqdakı nəqliyyat vasitələri yanğından mühafizə ediliblər.