23:01 Rusiya Ermənistanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir  |     22:36 Dərimiz niyə quruyur? - Dermatoloq  |     22:29 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırıldı  |     22:21 Martın 28-nə USD/AZN rəsmi məzənnəsi  |     22:17 Bayram günlərində regionlara daşınan sərnişin sayı məlum olub  |     22:01 Əfv komissiyası neçə müraciətə baxıb?  |     21:58 "OneWeb" peyk interneti bu il bütün dünyada İSTİFADƏYƏ VERİLƏCƏK  |     21:50 DİQQƏT! Oruc tutanlar daha gec yaşlanır  |     21:43 Çaydan çox istifadə bu problemlərə SƏBƏB OLUR  |     21:40 Yatmazdan əvvəl telefonda interneti MÜTLƏQ BAĞLAYIN – SƏBƏB  |     21:29 Naxçıvanda tələbə bacılar dəm qazından zəhərlənib  |     21:23 İran Liviyada səfirlik aça bilər  |     21:19 Luvr muzeyi fəaliyyətini dayandırıb  |     21:07 Qubada qanunsuz kömür quyusu aşkar edilib  |     20:55 Elektriklə balıq ovlayanlar saxlanılıb  |     20:49 Sumqayıtda 13 yaşlı oğlan itib  |     20:43 Ulduz falı: 28 mart, 2023-cü il  |     20:34 Martın 28-nə olan hava proqnozu  |     20:28 Azərbaycanın tərəvəz toxumlarını hansı ölkələr alır?  |     20:19 İstehlaka yararsız qida məhsulları məhv edilib  |    
“Ətraf mühitin mühafizəsi haqqında” Qanuna dəyişiklik olundu
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

Dəyişikliyə görə, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:

1. 10-cu hissənin ikinci cümləsindən “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özü həmin sənədlər barədə məlumatları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində göstərilən qaydada əldə edə bilmədikdə)” sözləri çıxarılıb.

2. Aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilir:

“10-1. Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir”.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            444 07.02.23 19:49