Mojo.az Banner
19:02 Elçin Quliyev Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi  |     18:51 48 aptekdə yoxlama aparılıb  |     18:38 Gəncədəki partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb  |     18:27 Sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq  |     18:11 Qatarlar "28 May" stansiyasında dayanmayacaq - Proses necə tənzimlənəcək?  |     18:04 Paşinyan da Əbu-Dabiyə gedəcək  |     18:00 BDU-nun müəllimi vəfat edib  |     17:56 Böyükşor gölünə tullantı suları axıdanlar barəsində inzibati protokol tərtib edilib  |     17:50 Kreml Putinlə Zelenskinin görüşə biləcəyi yeganə yeri açıqladı  |     17:49 İcra başçısı işdən çıxarılan Qaradağda yeni təyinatlar  |     17:28 Gəncədə kanalizasiya xəttində partlayış: 3 nəfər yaralandı  |     17:27 Rusiya ordusu Zaporojyedə bir kəndi tutdu  |     17:15 Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:07 Ağsuda şüşə ilə xəsarət yetirilən kişinin vəziyyəti açıqlandı  |     16:40 Bu şəxslər 2500 manatadək cərimə ediləcək  |     16:28 Xanım sərnişinə əxlaqsız təklif edən sürücü həbs olundu  |     16:27 Bu avtomobillər vergidən azad ediləcək  |     16:09 Qandallanan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı  |     15:43 Minimum əməkhaqqı ilə bağlı YENİLİK  |     15:34 Bakıdakı ağır qəzanın görüntüləri yayıldı (VİDEO)  |    
Left Banner
Right Banner

Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu (FOTO / VİDEO)

14.03.2025 18:23 651
Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu (FOTO / VİDEO)
Bakıda polis saxta dollar satan dəstənin üzvlərini saxlayıb.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları paytaxtda saxta dollar satan dəstə üzvlərinin saxlanılması məqsədilə əməliyyat keçirib.

Nəticədə qeyd edilən əməli törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb. Həmin şəxslər paytaxt ərazisində ümumilikdə 25 min 200 dollar saxta əsginası satmağa çalışıblar.

Ekspert rəyi ilə müəyyən edilib ki, pul əsginaslarının müdafiə nişanları saxlanılan şəxslər tərəfindən xüsusi üsullarla saxtalaşdırılıb.

Dəstənin ölkənin daxilində və xaricində olan digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyatlar davam etdiyindən saxlanılan şəxslərin ad və soyadını qeyd etmək məqsədəmüvafiq hesab edilmir.

Faktla bağlı araşdırmalar aparılır.


скачать dle 11.3