23:01 Rusiya Ermənistanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir  |     22:36 Dərimiz niyə quruyur? - Dermatoloq  |     22:29 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırıldı  |     22:21 Martın 28-nə USD/AZN rəsmi məzənnəsi  |     22:17 Bayram günlərində regionlara daşınan sərnişin sayı məlum olub  |     22:01 Əfv komissiyası neçə müraciətə baxıb?  |     21:58 "OneWeb" peyk interneti bu il bütün dünyada İSTİFADƏYƏ VERİLƏCƏK  |     21:50 DİQQƏT! Oruc tutanlar daha gec yaşlanır  |     21:43 Çaydan çox istifadə bu problemlərə SƏBƏB OLUR  |     21:40 Yatmazdan əvvəl telefonda interneti MÜTLƏQ BAĞLAYIN – SƏBƏB  |     21:29 Naxçıvanda tələbə bacılar dəm qazından zəhərlənib  |     21:23 İran Liviyada səfirlik aça bilər  |     21:19 Luvr muzeyi fəaliyyətini dayandırıb  |     21:07 Qubada qanunsuz kömür quyusu aşkar edilib  |     20:55 Elektriklə balıq ovlayanlar saxlanılıb  |     20:49 Sumqayıtda 13 yaşlı oğlan itib  |     20:43 Ulduz falı: 28 mart, 2023-cü il  |     20:34 Martın 28-nə olan hava proqnozu  |     20:28 Azərbaycanın tərəvəz toxumlarını hansı ölkələr alır?  |     20:19 İstehlaka yararsız qida məhsulları məhv edilib  |    
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub - FOTO
Azərbaycan Respublikasına səfərə gələn Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Misir Prezidentinə raport verdi.

Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Əbdülfəttah Əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Misir Ərəb Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.













скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            681 28.01.23 13:26