Mojo.az Banner
23:01 Suriyada amerikalı hərbçilər və tərcüməçi öldürülüb, yaralılar var  |     22:55 Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:45 Astarada gəlin qayınanası və baldızını qaynar çayla yandırdı  |     22:28 Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - VİDEO  |     22:19 Masazırın illərdir yararsız vəziyyətdə olan yolları: Problem niyə həllini tapmır?  |     22:10 Erməni spiker iştirakçımıza uğurlar arzuladı - VİDEO  |     21:57 “Uşaq Avroviziyası 2025” müsabiqəsinin finalı başlayıb  |     21:36 Xəzər dənizində zəlzələ baş verib  |     21:25 Tahir İmanov 26 minlik plaşı ilə gündəmə gələn icra başçısını parodiya etdi - VİDEO  |     21:13 Yanğında anasını itirən Ləman palataya köçürüldü  |     21:02 Ağadadaş Ağayev: "Qurban Qurbanovdan incimişəm, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim"  |     20:52 Taksi sürücüsü həbs edildi - Hava limanından müştəri götürübmüş  |     20:32 Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi (VİDEO)  |     20:10 Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA  |     19:48 Moskva yaxınlığında təyyarə qəzaya uğrayıb  |     19:15 Lukaşenko 123 məhbusu əfv edib  |     18:46 Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU  |     18:23 Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü (Video)  |     18:08 La Liqada ən bahalı futbolçuların adı məlum oldu  |     17:49 Azərbaycan boksçusu ermənəsilli rəqibinə qalib gələrək dünya çempionu oldu  |    
Left Banner
Right Banner

Aİ-yə giriş-çıxış üçün yeni sistem işə salınacaq

06.03.2025 12:41 552
Aİ-yə giriş-çıxış üçün yeni sistem işə salınacaq
Avropa İttifaqı (Aİ) ölkələri qısa müddətə səyahət edənlər üçün avtomatlaşdırılmış reyestr olan giriş/çıxış sistemi (EES) haqqında razılığa gəldilər.

Median.Az
"Euronews" telekanalına istinadla xəbər verir ki, Brüsseldə daxili işlər nazirlərinin əldə etdiyi razılaşma sistemin payızda işə başlaması üçün yol açır.

Üzv dövlətlərin indi iki variantı olacaq: yeni sistemi dərhal və ya altıaylıq keçid dövrü ərzində onu bir neçə mərhələdə işə salmaq, bunun sonunda sərhədi keçərkən bütün qeydiyyatlar EES çərçivəsində həyata keçirilməlidir.

Qeyd edək ki, EES-in başlıca məqsədi Aİ-nin xarici sərhədlərində yoxlamaların modernləşdirilməsi və pasportdakı ənənəvi ştampı əvəz etməkdir.

EES Aİ-yə turizm, istirahət və ya iş məqsədləri üçün gələn və 180 günlük müddət ərzində cəmi 90 günə qədər qalan Aİ üzvü olmayan ölkələrin vətəndaşlarına şamil ediləcək.

Sistem işə düşdükdən sonra ziyarətçilərdən gələrkən pasportlarını təqdim etmələri və üzlərinin fotoşəkli və barmaq izlərinin elektron şəkildə skan edilməsi tələb olunacaq.скачать dle 11.3