Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev "Tatneft", "KazMunayQaz" və "Uzbeknefteqaz" şirkətlərinin rəhbərlərini qəbul edib

04.03.2025 16:25 2 490
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Rusiyanın "Tatneft" şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın "KazMunayQaz" şirkətinin idarə heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın "Uzbeknefteqaz" şirkətinin idarə heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu gün çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin başlandığını deyərək, bunun üçün hazırlıq işlərinin uğurla aparıldığını vurğulayıb. Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın neft sirkətləri arasında çox sıx istehsalat münasibətlərinin artıq qurulduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda bir sıra layihələrin həyata keçirildiyini deyib, bu xüsusda səyləri birləşdirməyin önəminə toxunub.

Dövlətimizin başçısı birgə istehsal və dost ölkələrə sifarişlərin həyata keçirilməsi baxımından da dördtərəfli əməkdaşlığın rolunu qeyd edib.

Söhbət zamanı yeni yaradılan əməkdaşlıq formatının perspektivləri barədə fikir mübadiləsi aparıldı, onun ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub. Vurğulanıb ki, bu format çərçivəsində şirkətlər arasında fövqəladə halların aradan qaldırılması və birgə reaksiya qruplarının yaradılması, rəqəmsal texnologiyalar və proqram təminatı sahələrində işlərin optimallaşdırılması, müştərək satınalmaların təşkili, habelə müxtəlif sənaye sahələrinin inkişafı üzrə əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edilib ki, bu yeni əməkdaşlıq formatı digər xarici şirkətlərin qoşulması üçün də açıqdır.

Son xəbərlər