21:51 Şuşaya qar yağır, havanın temperaturu mənfi üç dərəcədir - FOTO/VİDEO  |     21:49 Türkiyə klubu zəlzələyə görə ölkə çempionatında iştirakını dayandırır  |     21:42 Naxçıvanda İMEİ kodları saxtalaşdırılan telefonlar aşkarlandı  |     21:36 Sabirabadda evdə yanğın olub  |     21:21 Azərbaycan Ordusunun hərbi həkimi: "Türkiyədə dağıntılar altında qalmış şəxslərin təxliyəsi üçün bizim həkimlərdən də ayrılır"  |     21:06 Bu gün 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq  |     20:59 Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb  |     20:52 İskəndərun limanındakı yanğın söndürülüb - YENİLƏNİB  |     20:45 Aran bölgəsinin sakinləri də Türkiyədəki zəlzələdə ziyan çəkənlərə yardım kompaniyasına start verib  |     20:37 Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir  |     20:31 56 saat sonra yenidən həyatı salamladı: 16 yaşlı Mahmud dağıntılar altından sağ çıxarıldı - FOTO  |     20:25 Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır  |     20:18 Xankəndi-Laçın yolunda aksiya: ekofəallar qar yağmasına baxmayaraq, etirazlarını davam etdirir  |     20:10 Türkiyənin Naxçıvandakı Baş konsulundan yardımla bağlı açıqlama - VİDEO  |     19:59 Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO  |     19:50 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO  |     19:43 Övladları məktəb və bağçaya gedən VALİDEYNLƏRƏ MÜRACİƏT EDİLDİ  |     19:35 Suriyada zəlzələ qurbanlarının sayı 2000-i ötdü  |     19:32 Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı  |     19:19 Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub  |    
Android istifadəçiləri təhlükədədir
Kibertəhlükəsizlik mütəxəssisləri məlumatları oğurlaya, şəxsi məlumatları sızdıra və bu məlumatlardan maliyyə əməliyyatları etmək üçün istifadə edə bilən yeni "Android" zərərli proqram təminatı barədə xəbərdarlıq edirlər .

Trend-in məlumatına görə, bu tətbiqin "Android" istifadəçiləri üçün böyük risk yaratdığı bildirilir.

"Hook" adlı tətbiq "Android" istifadəçiləri bir sıra risklər yaradır.

"ThreatFabric" təhlükəsizlik firmasının tədqiqatçıları tərəfindən aşkar edilən zərərli proqrama "Hook" adı verilib. Bildirilir ki, "Hook" əsasən bank sektoru üçün təhlükəlidir. Demək olar ki, "Hook" proqram təminatı baxımından başqa bir məşhur prqoram olan "Ermac"-a çox bənzəyir.

"Android" tipli telefonu ələ keçirdikdən sonra ekranı sürüşdürmək, ekran görüntüləri çəkmək, seçimlərə klikləmək kimi hərəkətləri yerinə yetirə bilər. Tədqiqatçılar həmçinin xəbərdarlıq edirlər ki, zərərli proqram həm də "Fayl meneceri" proqramı kimi istifadə edilə bilər. Zərərli şəxslərin bu proqram vasitəsi ilə istifadəçilərin bütün fayllarını siyahıya sala və tapdıqlarını sızdıra bildikləri bildirilir.

Tətbiqin tam aktiv olması və şəxsi məlumatlara daxil olması üçün o, lazımi icazələri almalıdır. Ona görə də istifadəçilərə yüklədikləri proqramlara diqqət etmələrini və giriş hüquqlarını nəzərdən keçirmələrini tövsiyə olunur.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 24.01.23 22:01