20:37 Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir  |     20:31 56 saat sonra yenidən həyatı salamladı: 16 yaşlı Mahmud dağıntılar altından sağ çıxarıldı - FOTO  |     20:25 Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır  |     20:18 Xankəndi-Laçın yolunda aksiya: ekofəallar qar yağmasına baxmayaraq, etirazlarını davam etdirir  |     20:10 Türkiyənin Naxçıvandakı Baş konsulundan yardımla bağlı açıqlama - VİDEO  |     19:59 Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO  |     19:50 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO  |     19:43 Övladları məktəb və bağçaya gedən VALİDEYNLƏRƏ MÜRACİƏT EDİLDİ  |     19:35 Suriyada zəlzələ qurbanlarının sayı 2000-i ötdü  |     19:32 Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı  |     19:19 Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub  |     19:02 İskəndərun limanındakı yanğın söndürüldü – FOTO  |     18:52 ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərəçəkənlərə yardım toplayır  |     18:49 FOX TV: "Bakıda da zəlzələ olacaq" - Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi - VİDEO  |     18:43 Səhiyyə Nazirliyi: "Azərbaycanda influenza virusu yayılıb"  |     18:27 Volodimir Zelenski Londonda Britaniyanın Baş naziri ilə görüşdü  |     18:13 "Azərsu": "Şaxtalı günlərdə sıradan çıxan su sayğacları abunəçilərin hesabına əvəzlənəcək"  |     18:11 Yaponiyanın Sakuracima vulkanı püskürüb - VİDEO  |     17:56 Naxçıvan DYP-yə yeni rəis təyin olundu  |     17:52 Türkiyədə 7,7 bal gücündə zəlzələ anının yeni qorxunc görüntüləri yayıldı - VİDEO  |    
Azərkosmos Keniyanın “CommCarrier” şirkəti ilə əməkdaşlığa başlayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmosla Keniya Respublikasının peyk xidmətləri təqdim edən “CommCarrier” şirkəti arasında uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalanıb.

Əməkdaşlıq müqaviləsinə əsasən bu gündən etibarən “Azerspace-2” peyki vasitəsilə Keniyanın dövlət xidmət orqanlarında peyk internetinin istifadəsinə başlanılıb.

Qeyd edək ki, “CommCarrier” şirkəti Mərkəzi və Şərqi Afrika regionunda tərəfdaşlarına “Azerspace-2” peykinin KU diapazonu ilə xidmət göstərəcək.

“Peyk xidmətlərimizdən Afrika regionunda hökumət və özəl qurumların istifadəsi bizi sevindirir. “CommCarrier” region üçün etibarlı tərəfdaşdır və biz artıq perspektivli biznes layihələri üzərində işlərimizi sürətləndiririk”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov bildirib.

“Azərkosmosla əməkdaşlığımız sayəsində “Azerspace-2” peykinin xüsusilə Mərkəzi və Şərqi Afrika üzrə imkanları bizə tərəfdaşlarımızın artan tələbatını uğurla təmin etmək fürsəti qazandıracaq”, – deyə “CommCarrier” şirkətinin direktoru Qiri Babu qeyd edib.

“CommCarrier” 1995-ci ildə telekommunikasiya operatoru olaraq fəaliyyətə başlayıb. Baş ofisi Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən “CommCarrier” burada VSAT texnologiyasını – yerüstü rabitə şəbəkəsi olmayan ərazilərdə peyk rabitəsini ilk istifadəyə verən şirkət hesab olunur. Afrika regionunun aparıcı telekommunikasiya şirkəti olaraq dövlət layihələrini uğurla həyata keçirir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            180 24.01.23 21:56