21:42 Naxçıvanda İMEİ kodları saxtalaşdırılan telefonlar aşkarlandı  |     21:36 Sabirabadda evdə yanğın olub  |     21:21 Azərbaycan Ordusunun hərbi həkimi: "Türkiyədə dağıntılar altında qalmış şəxslərin təxliyəsi üçün bizim həkimlərdən də ayrılır"  |     21:06 Bu gün 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq  |     20:59 Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb  |     20:52 İskəndərun limanındakı yanğın söndürülüb - YENİLƏNİB  |     20:45 Aran bölgəsinin sakinləri də Türkiyədəki zəlzələdə ziyan çəkənlərə yardım kompaniyasına start verib  |     20:37 Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir  |     20:31 56 saat sonra yenidən həyatı salamladı: 16 yaşlı Mahmud dağıntılar altından sağ çıxarıldı - FOTO  |     20:25 Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır  |     20:18 Xankəndi-Laçın yolunda aksiya: ekofəallar qar yağmasına baxmayaraq, etirazlarını davam etdirir  |     20:10 Türkiyənin Naxçıvandakı Baş konsulundan yardımla bağlı açıqlama - VİDEO  |     19:59 Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO  |     19:50 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO  |     19:43 Övladları məktəb və bağçaya gedən VALİDEYNLƏRƏ MÜRACİƏT EDİLDİ  |     19:35 Suriyada zəlzələ qurbanlarının sayı 2000-i ötdü  |     19:32 Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı  |     19:19 Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub  |     19:02 İskəndərun limanındakı yanğın söndürüldü – FOTO  |     18:52 ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərəçəkənlərə yardım toplayır  |    
Bakı metrosunda daha bir yeni qatar xəttə buraxılıb
Bakı metropolitenində daha bir yeni qatar tərkibi xəttə buraxılıb.

Bakı metropolitenindən Trend-ə verilən məlumata görə, bununla metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarlarının sayı 21-ə və yaxud vaqonların sayı 105-ə çatdırılıb.

Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin istehsal etdiyi texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub 4 yeni qatar tərkibi (cəmi 20 vaqon) 2022-ci ilin sonlarında Bakıya gətirilib. 81-765 B./81-766 B. Modelli 2019-cu ildə bağlanmış müqaviləyə görə, “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib. Bütün vaqonların dartı mühərrikləri ilə təmin edilməsi yol profilinin mürrəkkəbliyi ilə izah edilir. Mikroiqlim nəzarət sistemində Bakının iqlim şəraitinə hesablanmaqla daha güclü kondisionerlər quraşdırılıb. Sərnişindaşıma üçün vacib ənənəvi üstünlüklərdən biri də,vaqondan-vaqona birbaşa keçidin olması da, salonun sərnişin tutumunu əsaslı şəkildə artırıb. Baş vaqonlar 315, orta vaqonlari isə 329 sərnişin üçün nəzərdə tutulub. Oturacaqların sayı baş vaqonlarda 38, orta vaqonlarda 44-dür. Vaqonlarda sərnişinlər üçün çoxfunksiyalı zonalar, həmçinin baş vaqonlarda əlil arabası üçün yerlər nəzərdə tutulub. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daha rahat minib-düşməsini təmin edir. Bu isə öz növbəsində qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına, intervaların qorunmasına da qismən mübət təsir göstərir.

Ötən il gətirilmiş vaqonlarda olduğu kimi, bu vaqonlarda da tutacaqlar sərnişin sıxlığı nəzərə alınmaqla yerləşdirilib. Xüsusən vaqonların giriş zonalarında tavandan xüsusi həndəsi formada asılmış tutacaqlar sıxlıq şəaritində sərnişinlərin rahatlığını optimallaşdırmağa imkan verir.

Yeni qatar da əvvəlkilər kimi, “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edəcək. Hazırda 21 yeni qatardan 3-ü Qırmızı xəttin (“İçərişəhər-Həzi Aslanov”) sərnişinlərinə xidmət göstərir.

Onu da əlavə edək ki, 2022-ci ilin son iş günündə bu qatarlardan biri sazlama və sınaqlardan sonra xəttə buraxılıb. Daha iki qatar tərkibində sazlama və sınaq işləri davam etdirilir. Tezliklə onlar da eyni qayda ilə xəttə buraxılacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 24.01.23 21:47