21:42 Naxçıvanda İMEİ kodları saxtalaşdırılan telefonlar aşkarlandı  |     21:36 Sabirabadda evdə yanğın olub  |     21:21 Azərbaycan Ordusunun hərbi həkimi: "Türkiyədə dağıntılar altında qalmış şəxslərin təxliyəsi üçün bizim həkimlərdən də ayrılır"  |     21:06 Bu gün 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq  |     20:59 Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb  |     20:52 İskəndərun limanındakı yanğın söndürülüb - YENİLƏNİB  |     20:45 Aran bölgəsinin sakinləri də Türkiyədəki zəlzələdə ziyan çəkənlərə yardım kompaniyasına start verib  |     20:37 Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir  |     20:31 56 saat sonra yenidən həyatı salamladı: 16 yaşlı Mahmud dağıntılar altından sağ çıxarıldı - FOTO  |     20:25 Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır  |     20:18 Xankəndi-Laçın yolunda aksiya: ekofəallar qar yağmasına baxmayaraq, etirazlarını davam etdirir  |     20:10 Türkiyənin Naxçıvandakı Baş konsulundan yardımla bağlı açıqlama - VİDEO  |     19:59 Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO  |     19:50 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO  |     19:43 Övladları məktəb və bağçaya gedən VALİDEYNLƏRƏ MÜRACİƏT EDİLDİ  |     19:35 Suriyada zəlzələ qurbanlarının sayı 2000-i ötdü  |     19:32 Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı  |     19:19 Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub  |     19:02 İskəndərun limanındakı yanğın söndürüldü – FOTO  |     18:52 ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərəçəkənlərə yardım toplayır  |    
Azərbaycan ərzağın israf edilməsinin və tullantıların azaldılmasını hədəfləyir
"Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması" layihəsi çərçivəsində Azərbaycanda ərzağn israf edilməsinin və tullantıların azaldılması hədəflənir.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) Azərbaycan və Türkiyədəki nümayəndəliklərinin birgə fəaliyyəti çərçivəsində Bakıda təşkil edilmiş regional seminarda bildirib.

"FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan iki layihə üzrə benifisar olub, həmin layihələrdən biri "Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması" layihəsidir. Layihənin əsas məqsədi ərzaq israfı və tullantıların azaldılması sahəsində uzunmüddətli regional əməkdaşlığın inkişaf etdirilməsi, milli potensialın gücləndirilməsi, təlimçilərin hazırlanması, risklərin proqnozlaşdırılması, monitorinqi və təhlili sistemlərinin tətbiqi, həmçinin bu sahədə insan sağlamlığı və ətraf mühit üçün risklərin azaldılmasıdır. Layihə çərçivəsində ölkə üzrə Qida İtkisi və Tullantıları (QİT) ilə bağlı mövcud siyasət sənədləri və qanunvericilik aktları müəyyənləşdirilib və təhlil olunub. Layihənin əsas istiqamətləri arasında Ərzaq itkiləri və qida tullantılarının (ƏİQT) qarşısının alınması və idarə olunması sahəsində milli qanunvericiliyin və siyasətin təhlili yer alır. Bu təhlil qida məhsullarının bərpası və yenidən bölüşdürülməsi daxil olmaqla, ƏİQT-nin qarşısının alınması və təkrar istifadəsi üçün hüquqi əsasın olub-olmadığını; boşluqlar varsa, mövcud strukturun ƏİQT-ni idarə etmək üçün sistemlərə/mexanizmlərə üstünlük verdiyini və yaxud əksinə mane olduğunu müəyyən edəcək. Bu layihə çərçivəsində ölkənin məqsədi ƏİQT səviyyələrini minimuma endirmək və ƏİQT-nin bərpasını, yenidən bölüşdürülməsini və təkrar emalını təkmilləşdirmək və bunun üçün əlverişli hüquqi və siyasi baza yaratmaqdır", - deyə o qeyd edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            177 24.01.23 20:02